Amerika koalisiyası Suriyanın şərqində Əl-Ömər neft yatağının ətrafında xüsusi əməliyyat həyata keçirib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika koalisiyası və Suriya Demokratik Qüvvələri (SDQ) Əl-Şəhil qəsəbəsində xüsusi əməliyyat keçirərək bir nəfəri həbs edib.
Amerika koalisiya qüvvələri və Suriya Demokratik Qüvvələri (SDQ) Deyr əz-Zor əyalətində yerləşən neft yatağının yaxınlığındakı Əl-Şəhil qəsəbəsində xüsusi əməliyyat keçirib.
Bu əməliyyat zamanı “Hüseyn Əl-Əllavi Əl-Osman” adlı şəxslə Suriya Demokratik Qüvvələri arasında şiddətli silahlı qarşıdurma başlayıb, nəticədə bir neçə SDQ qüvvəsi yaralanıb. Atışmadan sonra silahlı şəxs kürd silahlıları tərəfindən həbs edilib.
Qeyd edək ki, bu, Amerika koalisiyası və SDQ qüvvələrinin yeni ildə ilk birgə əməliyyatıdır. Bundan əvvəl, dekabrın 31-də Amerika koalisiyası və Suriya Demokratik Qüvvələri (SDQ) Deyr əz-Zor əyalətində yerləşən Əbu Əl-Nitl kəndində xüsusi əməliyyat keçirərək bir neçə evi mühasirəyə alıb.
Rəy