İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 2 Yanvar 2023

Bazar ertəsi 2 Yanvar 2023 - 23:47
https://az.iswnews.com/?p=17141

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilindəki Cənin şəhərinə hücumu nəticəsində iki fələstinli gənc şəhid olub, bir neçə nəfər isə yaralanıb.

Yanvarın 2-də səhər saatlarında sionist qüvvələri Cəninin qərbindəki Kəfər Dan kəndinə hücum edib və nəticədə onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli silahlı qarşıdurma baş verib.

Bu münaqişə ilə eyni vaxtda İsrail əsgərləri Cəlmə keçid məntəqəsində anti-İsrail əməliyyatını həyata keçirən iki nəfər şəhid “Əhməd Əymən İbrahim Abid” və şəhid “Əbdül Rəhman Hani Subhi Abid”in evini mühasirəyə alıblar.

Sionist qüvvələri ilə Fələstin müqavimət qüvvələri arasında atışma zamanı “Məhəmməd Huşiye” və “Fuad Abid” adlı iki fələstinli, İsrail əsgərləri tərəfindən güllələnib, bir neçə nəfər isə ağır yaralanıb.

Qeyd edək ki, Fələstin mediasının məlumatına görə, 2022-ci ildə Cənində 16-sı uşaq olmaqla 56 fələstinli İsrail qüvvələri tərəfindən şəhid olub.

Fələstin müqavimət qüvvələrinin İsrail rejiminin əsgərləri ilə silahlı qarşıdurmasının videosu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir