İraqda baş verən son hadisələr, 2 Yanvar 2023
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın milli hikmət hərəkatının lideri Seyid Əmmar Həkim Şəhid Süleymani və Əbu Mehdi Əl-Mühəndisin anım mərasimində İŞİD terror qruplaşması ilə mübarizədə İraqı dəstəklədiyi üçün İran rəhbərliyinə təşəkkür edib və deyib: “Bağdad Beynəlxalq Hava Limanında Amerikanın vəhşi cinayəti, bağışlanmaz səhvdir”.
1- Bağdad:
– Dekabrın 31-də İraqın Baş Naziri və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Məhəmməd Şəyya Əl-Sudaninin sədrliyi və Milli Təhlükəsizlik müşaviri, Ordu Baş Qərargahı, Birgə Əməliyyat Qərargahı komandir müavini və İraq təhlükəsizliyi xidmətinin komandirlərinin iştirakı ilə İraq Milli Təhlükəsizliyi Xidmətinin Koordinasiya Şurasının növbəti iclası keçirilib.
– Dekabrın 24-də İraq Kürdüstanının Vətənpərvərlər Birliyinin rəhbəri Bafel Talibani bu ölkənin baş naziri Məhəmməd Şəyya Əl-Sudani ilə görüşüb və müzakirələr aparıb. Bu görüşdə İraq hökumətinin ümumi siyasətləri, tədbirləri və səylərinin vəziyyəti, İraqın Kürdüstan bölgəsi əyalətləri və bu ölkənin digər əyalətləri səviyyəsində icra qurumlarının əhəmiyyəti və xidmət rolu nəzərdən keçirilib.
Daha çox oxuyun: Kürdüstan Vətənpərvərlər Birliyinin rəhbəri İraqın baş naziri ilə görüşüb
2- Neynəva:
Dekabrın 31-də Həşd-Şəəbi Təşkilatının Neynəvadakı əməliyyat qərargahının 21-ci briqadasının qüvvələri və İraq ordusu, Neynəva vilayətində yerləşən Mosulun şimalında Baduş dağında və Dəclə çayı sahilində əməliyyata başlayıb.
3- Kərkük:
Dekabrın 25-də İŞİD terror qruplaşması Kərkük şəhərində İraq polisinə məxsus nəzarət-buraxılış məntəqəsini hədəf aldığını açıqlayıb. İŞİD-in iddiasına görə, bu əməliyyat nəticəsində bir İraq polisi şəhid olub, daha 4 nəfər yaralanıb.
4- Əl-Ənbar:
Dekabrın 25-də İŞİD terror qruplaşması video yayaraq, Əl-Ənbar vilayətinin Ər-Rutba şəhərinin şərqində İraq ordusunun hərbi postuna hücum etdiyini açıqlayıb. İŞİD-in məlumatına görə, bu hücum nəticəsində İraq ordusunun bir əsgəri yaralanıb, gecəgörmə kamerası məhv edilib.
5- Diyalə:
Dekabrın 30-da İraq Hərbi Hava Qüvvələrinin qırıcılarının terrorçuların Diyalədəki sığınacaqlarına hücumları nəticəsində İŞİD terror qruplaşmasının 13 üzvü öldürülüb.
6- İraqın Birgə Əməliyyat Qərargahının sözçüsü briqada generalı Təhsin Əl-Xəfaci deyib: “2022-ci ildə İraqın müxtəlif cəbhələrində bir çox mühüm nailiyyətlərin reallaşdığını müşahidə edə bilərik. Bu il 213-ü hava hücumlarında və 98-i digər əməliyyatlarda olmaqla 311 İŞİD terrorçusu öldürüldü”.
7- Dekabrın 26-da türk əsgərlərindən birinin ölüm xəbəri yayıldı. Türkiyə mətbuatı xəbər verdi ki, bu əsgər İraqın şimalında kürd silahlı birləşmələri ilə qarşıdurma zamanı həlak olub. Bu türk əsgərinin ölümü ilə türk ordusunun “Qıfıl Pəncəsi” əməliyyatında itkilərinin sayı 71 nəfərə yüksəldi.
Daha çox oxuyun: İraqın şimalında türk əsgəri həlak olub
8- Dekabrın 30-da İraqın milli hikmət hərəkatının lideri Seyid Əmmar Həkim Şəhid Süleymani və Əbu Mehdi Əl-Mühəndisin anım mərasimində İŞİD terror qruplaşması ilə mübarizədə İraqı dəstəklədiyi üçün İran rəhbərliyinə təşəkkür edib və deyib: “Bağdad Beynəlxalq Hava Limanında Amerikanın vəhşi cinayəti, bağışlanmaz səhvdir”.
Rəy