İsrail rejiminin Dəməşqə hava hücumu nəticəsində iki suriyalı əsgər şəhid oldu

Bazar ertəsi 2 Yanvar 2023 - 16:50
https://az.iswnews.com/?p=17098

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim qırıcılarının Dəməşq Beynəlxalq Hava Limanına hücumu nəticəsində iki Suriya əsgəri şəhid olub, ikisi isə yaralanıb.

Suriya hərbi mənbəsindən verilən məlumata görə, bu gün bazar ertəsi yerli vaxtla saat 02:00 radələrində sionist rejim qüvvələri Təbəriyyə gölünün şimal-şərq tərəfindən raket ataraq Dəməşq Beynəlxalq Hava Limanını hədəfə alıb. Raketlərlə mübarizə aparmaq üçün müdafiə sistemləri işə salınıb və onların bir neçəsini ələ keçirib. Bu hücum iki suriyalı əsgərin şəhid olmasına, daha ikisinin yaralanmasına, maddi ziyanın dəyməsinə və bu hava limanında uçuşların dayandırılmasına səbəb olub.

Hücumdan bir neçə saat sonra Suriya Nəqliyyat Nazirliyi İsrailin hava hücumundan sonra dayandırılan Dəməşq Beynəlxalq Hava Limanına uçuşların bərpa olunduğunu açıqlayıb.

Həmçinin dekabrın 20-də İsrail qırıcı təyyarələri Təbəriyyə gölünün şimal tərəfindən Dəməşq şəhəri ətrafındakı əraziləri hədəfə almış, bu zaman iki suriyalı əsgər yaralanmışdır.

Daha çox oxuyun: İsrail Dəməşqə hava zərbələri endirib

Ötən gecəki hücum İsrail rejiminin yeni ildə Suriyaya ilk hava hücumu, 2022-ci ilin mart ayının 21-dən indiyədək isə 23-cü hücumudur. Sionist rejimin Suriya ərazisinə təkrar hücumları və bu ölkənin suverenliyinin pozulması bir halda baş verir ki, Suriya və Livan ölkələrinin İsrail rejimi əleyhinə BMT-yə şikayətləri faydasızdır və BMT və digər beynəlxalq təşkilatlar bu hücumlara göz yummuş, indiyə qədər bununla bağlı heç bir müvafiq reaksiya və çəkindirici qərar qəbul etməmişdir.

İsrail rejiminin müdafiə naziri Yoav Galant və digər komandirlər bu rejim ordusunun Suriyaya müxtəlif hava hücumlarının cənub bölgələrində hərbi infrastrukturu zəiflətdiyini, eləcə də İranın Suriyadakı hərbi mövcudluğunu və ya Dəməşqə silah təhvil verməsinin qarşısını aldığını iddia edirlər.

Bu iddialar İsrail rəsmiləri tərəfindən irəli sürülür, buna qarşı heç bir tutarlı dəlil və sənədlər təqdim olunmur və hətta bəzi anti-İran media rəsmiləri bu hücumların Suriyada iranlı müşavirlərin olmasına qarşı faydasız olduğunu bildirirlər. Digər tərəfdən, Suriyadakı müqavimət cəbhəsinin hərəkətləri və fəaliyyətləri də israillilərin iddiasının əksini isbat edir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir