Suriyada baş verən son hadisələr, 1 Yanvar 2023
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD terror qruplaşmasının Suriya ordusunun Homs vilayətində yerləşən Tedmor şəhəri ətrafındakı qərargahlarından birinə hücumu nəticəsində bir neçə suriyalı əsgər şəhid olub və yaralanıb.
1- Hələb:
Dekabrın 31-də Təll-Rəəfət ətrafında kürd silahlılarının mövqeləri Türkiyənin dəstəklədiyi terrorçuların hədəfi olub.
2- İdlib:
Dekabrın 28-də İdlibin cənubunda yerləşən Əl-Barə və Kansafra bölgələrində terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
3- Dəraa:
Dəraa əyalətində son 24 saat ərzində iğtişaşlar nəticəsində Daail, Tefs və Bəsr Əl-Hərir şəhərlərində 5 nəfər ölüb, Casim və Nəvi şəhərlərində isə biri uşaq olmaqla 3 nəfər yaralanıb.
4- Deyr əz-Zor:
Dekabrın 30-da Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində yerləşən Əl-Ömər neft yatağında Amerika işğalçı qüvvələrinin mövqeləri raket zərbələri ilə hədəfə alındı.
Daha çox oxuyun: Suriyadakı Əl-Ömər neft yatağında Amerika mövqelərinə raket zərbələri endirilib
– Dekabrın 30-da yerli vaxtla saat 8:30 radələrində İŞİD terror qruplaşmasının ünsürləri bölgənin dumanlı atmosferindən istifadə edərək Deyr-əz-Zorun cənubunda Əl-Tim neft yatağının əməkdaşlarını daşıyan 3 avtobusa hücum edib. Bu terror əməliyyatı zamanı azı 10 nəfər şəhid olub, daha 4 nəfər yaralanıb.
Daha çox oxuyun: İŞİD Deyr əz-Zorda neft yatağı işçilərini daşıyan avtobusa qəfil hücum edib
– Dekabrın 30-da İŞİD xəbər mənbələri Deyr əz-Zorun ətrafında yerləşən Əl-Hərici bölgəsində Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus nəzarət-buraxılış məntəqəsinin hədəf alındığını bildirib. Bu əməliyyatda Suriya Demokratik Qüvvələrinin (SDQ) bir neçə üzvü yaralanıb.
– Dekabrın 31-də Əl-Ömər neft yatağına raket hücumundan sonra Amerika koalisiyası və Suriya Demokratik Qüvvələri Əbu Əl-Nitl kəndində təhlükəsizlik əməliyyatına başlayıb.
5- Raqqa:
Dekabrın 28-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistralını və Eyn-İsa ətrafını hədəfə alıblar.
6- Həsəkə:
Dekabrın 29-da Suriya Demokratik Qüvvələri (SDQ) və Amerika koalisiyası İŞİD terror qruplaşması ilə mübarizə bəhanəsi ilə Həsəkə vilayətinin bəzi kənd və bölgələrində “Əl-Cəzirə İldırımı” adlı əməliyyata başlayıb.
7- Homs:
Dekabrın 31-də İŞİD terror qruplaşmasının Suriya ordusunun Tedmor şəhəri ətrafında yerləşən qərargahına hücumu nəticəsində bir neçə suriyalı hərbçi şəhid olub və yaralanıb.
8- Rusiya, Türkiyə və Suriyanın müdafiə nazirləri Moskvada üçtərəfli görüş keçirib. Bu görüşdə iştirak edən tərəflər Suriya böhranının həlli, mühacirlər və Suriyada terrorla mübarizə ilə bağlı məsələləri müzakirə ediblər.
Daha çox oxuyun: Moskvada Rusiya, Türkiyə və Suriyanın üçtərəfli görüşü keçirilib
9- Dekabrın 31-də Türkiyənin xarici işlər naziri yanvarın ikinci yarısında Suriya, Türkiyə və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin mümkünlüyünü açıqladı.
Rəy