Türkiyə Suriyadan tam geri çəkilməyə razıdır!

Bazar 1 Yanvar 2023 - 19:18
https://az.iswnews.com/?p=17077

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyanın “Əl-Vətan” qəzeti Suriya, Türkiyə və Rusiya rəsmilərinin Moskvada keçirilən üçtərəfli görüşündə Ankaranın bütün qüvvələrinin Suriya ərazisindən çıxarılmasına dair öhdəlik götürdüyünü iddia edib.

Suriyanın “Əl-Vətan” qəzeti dekabrın 30-da Rusiyada keçirilən üçtərəfli görüşün təfərrüatlarını dərc edərək iddia edib ki, Moskvada baş tutan üçtərəfli görüşdə Türkiyənin müdafiə naziri Hulusi Akar, Suriya müdafiə naziri, briqada generalı Əli Mahmud Abbas və Rusiya müdafiə naziri Sergey Şoyqu Türkiyənin Suriyanın şimalındakı işğal olunmuş ərazilərdən qoşunlarının tamamilə çıxarılması ilə razılaşıblar.

Bu Suriya mediasının bildirdiyinə əsasən, Ankara Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmət etmək öhdəliyinə sadiq olduğunu bəyan edib. Həmçinin M4 yolunun açılması ilə bağlı 2020-ci il müqaviləsinin icrası da bu görüşdə müzakirə edilib. Bu görüşdə iştirak edən tərəflər vurğulayıblar ki, kürd silahlı birləşmələri Amerika və İsrailin muzdlularıdır və Suriya və Türkiyə üçün ən böyük təhlükə hesab olunurlar.

Bu görüşdə barəsində razılıq əldə olunmuş bütün məsələlərin yaxşı icrasını və təqibini təmin etmək üçün yaradılmış xüsusi komitələr tərəfindən izləniləcək və tərəflər arasında daha yaxşı koordinasiyanın təmin edilməsi məqsədilə gələcəkdə görüşlər keçiriləcək.

Digər tərəfdən 30 dekabr tarixində Türkiyənin müdafiə naziri Hulusi Akar belə deyib:

“Əgər şərait uyğun olarsa, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsəd arasında görüş keçirmək olar. Hadisələrin müsbət tendensiyası, o cümlədən Türkiyə və Suriyanın nazirləri və təhlükəsizlik rəhbərləri arasında aparılan danışıqlar iki ölkə liderlərinin görüşməsinə şərait yaradır”.

Türkiyə müdafiə nazirinin sözlərindən sonra terrorçuların bir sıra tərəfdarları və Suriyanın şimalındakı Təll-Əbyəd, Əl-Bab və bir sıra digər bölgələrin, eləcə də Suriyanın cənubundakı Casim şəhərinin sakinləri bu sözlərə etiraz olaraq aksiya təşkil edərək, Suriya hökuməti ilə hər hansı bir əməkdaşlığa və uzlaşmaya qarşı olduqlarını bildirdilər. Etirazçılar müxtəlif cəbhələrdə terrorçularla Suriya ordusu arasında hərbi qarşıdurmaların yeni mərhələsinin başlanmasını istəyiblər.

Qeyd edək ki, Türkiyə, Suriya və Rusiya müdafiə nazirlərinin dekabrın 28-də Moskvada keçirilən görüşündə Suriya böhranının həlli yolları və ölkədə sabitliyə nail olmaq üçün dialoqun davam etdirilməsinin zəruriliyi müzakirə edilib. Bu görüşün sonunda Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri danışıqların konstruktivliyinə və Suriyada və bütün regionda vəziyyətin sabitliyini artırmaq üçün üç ölkənin danışıqlarının davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Daha çox oxuyun: Moskvada Rusiya, Türkiyə və Suriyanın üçtərəfli görüşü keçirilib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir