İŞİD Deyr əz-Zorda neft yatağı işçilərini daşıyan avtobusa qəfil hücum edib

Bazar 1 Yanvar 2023 - 15:15
https://az.iswnews.com/?p=17068

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD-in Suriyanın Deyr əz-Zor vilayətinin cənubunda yerləşən Tayyim neft yatağının işçilərini daşıyan avtobusa hücumu nəticəsində azı 10 nəfər şəhid olub, 4 nəfər yaralanıb.

Cümə günü 30 dekabr tarixində yerli vaxtla saat 8:30 radələrində İŞİD terror qruplaşmasının ünsürləri bölgənin dumanlı atmosferindən istifadə edərək, bu terror əməliyyatı zamanı Deyr əz-Zorun cənubundakı Tayyim neft yatağının işçilərini daşıyan üç avtobusa hücum edib. Bu hücum nəticəsində azı 10 nəfər şəhid olub, daha 4 nəfər yaralanıb.

Suriya Neft Nazirliyinin açıqlamasına görə, Nizal Nəvici, Həməd Əl-İsa, mühəndis Ömər Faruk, Məhəmməd Əl-Həmadi, Amir Əl-Əbid, Hüseyn Hənan, Məhəmməd Həmmadə, Əmmar Əmin və Hişam Hüseyn şəhid olub. Həmidi Əl-Cümə, Nizal Əl-Casim də yaralanıb. Həmçinin, Həmidi Əl-Cümə və Nizal Əl-Casim hələ də itkin düşüblər.

İndiyədək İŞİD terror qruplaşması bu terror aktı ilə bağlı açıqlama verməyib. Bu, son iki ildə bu ərazidə zireh əleyhinə idarə olunan raketlərdən istifadə olunan ilk İŞİD hücumudur. İŞİD-in Suriyadakı son fəaliyyətlərini nəzərə alsaq, bu terror qruplaşmasının əməliyyatlarının yeni mərhələyə qədəm qoyduğu görünür.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir