Cənubluların Ənsarullahın Yəmənin Əz-Zale əyalətindəki mövqelərinə hücumu uğursuz oldu
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Cənub Keçid Şurasının silahlı qüvvələrinin Əz-Zale vilayətinin qərbində yerləşən Əl-Məşarih və Həbil Yəhya bölgələrində Ənsarullah qüvvələrinin mövqelərinə hücumu cənubluların ağır itkiləri ilə birgə uğursuzluqla nəticələnib.
Dekabrın 29-da Cənub Keçid Şurasının silahlı qüvvələri Səudiyyə koalisiyasının artilleriyasının dəstəyi ilə Ənsarullah qüvvələrinin Əz-Zale əyalətinin qərbində yerləşən Əl-Məşarih və Həbil Yəhya bölgələrindəki mövqelərinə hücum edib. Bu hücum əvvəlcə cənub silahlı qüvvələrinin irəliləməsi ilə müşayiət olundu, lakin Ənsarullahın əks hücumu məğlubiyyətə və nəhayət cənubluların geri çəkilməsinə səbəb oldu.
Bu qarşıdurma zamanı Cənub Keçid Şurasına aid bir neçə hərbi maşın Ənsarullah tərəfindən məhv edilib və bu qrupun ən azı 7 üzvü məhv edilib, 13 üzvü isə yaralanıb. Ənsarullahın itkisi və ona dəyən ziyan barədə məlumat dərc edilməyib.
Həmçinin, Cənub Keçid Şurası dekabrın 3-də Əl-Faxir bölgəsində hücum həyata keçirmişdi. Bu hücum Ənsarullahın müqaviməti ilə məğlubiyyətə uğramışdır. Ənsarullah və Səudiyyə koalisiyası arasında davam edən danışıqlara zərbə vurmaqla yanaşı, Cənub Keçid Şurasının silahlı qüvvələrinin ehtiyatsız hücumları və irrasional hərəkətləri Yəmənin cənub əyalətlərində onların təsir imkanlarını azaltmaqdadır.
Rəy