Yəməndə baş verən son hadisələr, 30 Dekabr 2022

Cümə 30 Dekabr 2022 - 23:02
https://az.iswnews.com/?p=17005

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Sudan qüvvələri Əl-Anad bazasından geri çəkildikdən sonra Səudiyyə koalisiya komandanlığının əmri, Misir və BƏƏ-nin koordinasiyası ilə Yəmənin cənub-qərb sahillərindən Mayyun adasına köçürülüb.

1- Səədə:
Dekabrın 23-də Səudiyyə koalisiyasının Əl-Raqu sərhəd bölgəsinə artilleriya hücumu nəticəsində 1 nəfər şəhid olub, 12 nəfər, o cümlədən bir neçə afrikalı mühacir yaralanıb.

2- Əl-Hudəydə:
Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 270 dəfə pozub.

3- Həccə:
Səudiyyə koalisiya qüvvələri Midi rayonunun Bahis bölgəsi sahillərində 3 yəmənli balıqçını həbs edərək, onların qayıqlarını müsadirə edib.

4- Şəbvə:
– Dekabrın 24-də Şəbvə müdafiə qüvvələri ilə Cənub Keçid Şurasının silahlı üzvləri Ətəq şəhərində yerləşən Əl-Rəvzə bölgəsində toqquşub. Bu qarşıdurma nəticəsində hər iki tərəfdən ən azı dörd nəfər yaralanıb.
– Dekabrın 28-də Cənub Keçid Şurasının silahlı qüvvələri ilə Ətəq şəhərinin şimalında yerləşən Əyaz məntəqəsi qəbilələrinin silahlıları arasında baş vermiş qarşıdurma nəticəsində hər iki tərəfin silahlı qüvvələrinin bir neçə üzvü həlak olub və yaralanıb.

5- Həzərmut:
– Dekabrın 26-da istefa vermiş Yəmən hökuməti Həzərmut icra hakimi Məbxut bin Mazinin kömək istəyinə cavab olaraq bu vilayətin mərkəzi olan Əl-Mukəlla şəhərinə Əl-Əmaliqə qüvvələrinin böyük bir karvanını göndərdi. Məbxut bin Mazi bu yaxınlarda Həzərmut əyalətinin şimalında İslah partiyası silahlılarının ehtimal olunan təhdidlərini artırmaq və həmçinin Cənub Keçid Şurasının tərəfdarlarının Əl-Mukəlla şəhərində görünməmiş nümayişlərinin bəhanəsi ilə istefa vermiş hökumətdən kömək istəyib.
– Dekabrın 27-də istefa vermiş hökumətin Həzərmutdakı icra hakimi Məbxut bin Mazi Tariq Saleh qüvvələrinin Əd-Dəbbə limanında və Əl-Rəyyan məntəqəsi sahillərində yerləşdirildiyini təsdiqləyib.

Daha çox oxuyun: Yəməndə baş verən son hadisələr, 4 Sentyabr 2022

6- Əbyən:
– Dekabrın 26-da Əbyən əyalətinin Əl-Məhfəd rayonundakı Cənub Keçid Şurasının silahlı üzvlərini daşıyan avtomobilin yolunda bombanın partlaması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb. Ənsar Əş-Şəriə terror qruplaşmasının Əbyən əyalətində fəaliyyətinin artdığını nəzərə alsaq, bu hücumun da bu qruplaşmanın ünsürləri tərəfindən həyata keçirildiyini ehtimal etmək olar.
– Dekabrın 28-də Əbyən əyalətində yerləşən Mudiyə rayonunda Cənub Keçid Şurasının silahlı üzvlərini daşıyan maşınların yolunda iki bombanın partlaması nəticəsində azı 7 nəfər ölüb və yaralanıb.

7- Ədən:
– Bir xəbər buraxılışında Sudan ordusu öz qüvvələrinin Yəməndən çıxarılması ilə bağlı yayılan xəbərləri təkzib edərək, Əl-Anad bazasını tərk edən qüvvələrin bir neçə gün əvvəl Ədən şəhərinə geri çəkildiyini təsdiqləyib. Bu geri çəkilmə Səudiyyə koalisiyasından olan yeni qüvvələrin dəyişdirilməsi və sudanlıların Yəmənin başqa bölgəsində yerləşdirilməsi şərti ilə həyata keçirilib.
– Dekabrın 29-da yerli mənbələr Sudan qüvvələrinin Yəmənin cənub-qərb sahillərindən Mayyun adasına köçürüldüyünü bildirdi. Bu yerləşdirmə Səudiyyə Ərəbistanının əmri və BƏƏ və Misirin (Beynəlxalq koalisiyanın Qırmızı dəniz və Ədən körfəzindəki 153 qüvvələri kimi tanınan komandanı) koordinasiyası ilə həyata keçirilib.

Daha çox oxuyun: Səudiyyə Ərəbistanı Yəmən cənublularından Əl-Anad bazasına nəzarəti geri alıb

8- Əbdül Qadir Mürtəza, Yəmən Milli Qurtuluş Hökumətinin Əsirlərin İşləri Komitəsinin rəhbəri:
“Məhkumların dosyesi bu ilin mart ayından bloklanıb və bu məsələdə heç bir irəliləyiş yoxdur. Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında hər iki tərəfdən 2200-dən çox məhbusun mübadiləsinə dair müqavilənin imzalanmasına baxmayaraq, təcavüzkar muzdlular onu həyata keçirməkdən imtina edərək, Səudiyyə rejiminin göstərişi ilə onun həyata keçirilməsinə mane olublar. Bu gecikmə və bu qəsdən maneə törədilməsinin məsuliyyəti Səudiyyə rejiminin üzərinə düşür”.

9- İranın Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyan Omanın paytaxtı Maskat şəhərində Ənsarullahın sözçüsü və Yəmən Milli Qurtuluş Hökumətinin danışıqlar rəhbəri Məhəmməd Əbdül Salam ilə görüşüb və daxili və regional siyasi məsələlər barədə danışıb. Əmir Abdullahiyan İranın Yəmənə dəstəyini vurğulayarkən, Yəmənin blokadasının qaldırılmasını bu ölkə xalqının humanitar haqqı hesab edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir