Moskvada Rusiya, Türkiyə və Suriyanın üçtərəfli görüşü keçirilib

Cümə axşamı 29 Dekabr 2022 - 17:44
https://az.iswnews.com/?p=16949

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə və Suriyanın müdafiə nazirləri 11 ildən sonra ilk dəfə tarixi görüşdə bir araya gəlib və müzakirələr aparıblar.

Dünən 28 dekabr tarixində Moskvada Rusiya, Türkiyə və Suriyanın müdafiə nazirləri üçtərəfli görüş keçirib. Bu görüşdə iştirak edən tərəflər Suriya böhranının həlli, immiqrantlar və Suriyada terrorla mübarizə ilə bağlı məsələləri müzakirə ediblər.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, bu görüşdə Suriya böhranının həlli yolları müzakirə edilib və Suriyada sabitliyə nail olmaq üçün dialoqun davam etdirilməsinin zəruriliyi vurğulanıb. Bu görüşdən sonra Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri danışıqların konstruktivliyinə və Suriyada və bütün regionda vəziyyətin sabitliyini artırmaq üçün üç ölkənin danışıqlarının davam etdirilməsinin vacibliyinə işarə ediblər.

Türkiyə Müdafiə Nazirliyi də açıqlamasında bildirib ki, çərşənbə günü Türkiyənin müdafiə naziri Hulusi Akar və Türkiyənin Milli Təhlükəsizliyi idarəsinin sədri Hakan Fidan Suriyanın müdafiə naziri Əli Mahmud Abbas, Suriya Milli Təhlükəsizliyi İdarəsinin sədri Əli Məmlük və Rusiya müdafiə naziri Sergey Şoyqu Moskvada görüşüblər.

Qeyd edək ki, on bir ildən sonra Suriya və Türkiyənin müdafiə nazirləri ilk dəfədir ki, bir-birləri ilə görüşürlər. Bu görüşün Türkiyə hakimiyyətinin Suriyanın şimalında Suriya ilə sərhəd bölgələrini təmizləmək və kürd silahlı birləşmələri ilə qarşıdurma məqsədi ilə yeni quru əməliyyatına başlamaq təhdidləri ilə eyni vaxtda keçirilməsi Suriyadakı döyüşlərin gələcəyini müəyyən edə biləcək mühüm və strateji bir tədbir kimi qiymətləndirilir.

Daha çox oxuyun: Hələbin şimalındakı son hərbi vəziyyət; Türkiyənin kürd silahlılarına qarşı əməliyyatının başlamasına saylı anlar qalıb?!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir