İraqın şimalında türk əsgəri həlak olub

Çərşənbə 28 Dekabr 2022 - 15:39
https://az.iswnews.com/?p=16900

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha bir əsgərinin həlak olduğunu açıqlayıb.

Türk əsgərinin ölüm xəbəri dekabrın 26-da açıqlanıb. Türkiyə mətbuatının məlumatına görə, bu əsgər İraqın şimalında kürd silahlı birləşmələri ilə qarşıdurma zamanı həlak olub. Bu türk əsgərinin ölümü ilə Türkiyə ordusunun “Qıfıl Pəncəsi” əməliyyatında itkilərinin sayı 71 nəfərə yüksəlib.

Həmçinin, bu il dekabrın 5-də Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı əsgərlərindən birinin öldüyünü açıqlamışdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir