Kürd silahlıları Suriyanın Hələb vilayətinin şimalında terrorçuların mövqelərinə hücum edib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, kürd silahlıları Feyləq Əl-Şam terrorçuları qüvvələrinin Hələb vilayətinin Basufan bölgəsindəki mövqelərindən birinə hücumu nəticəsində bir neçə terrorçu həlak olub və yaralanıb.
Kürd silahlı birləşmələri dekabrın 26-da səhər saatlarında Hələb vilayətinin Afrin şəhərinin cənubundakı Basufan bölgəsindəki Feyləq Əl-Şam terrorçularının mövqelərinə hücum edərək onlarla şiddətli qarşıdurmaya girib, nəticədə 6 terrorçu həlak olub, bir neçə nəfər yaralanıb.
Güclü atışmalardan sonra kürd silahlıları üç saat ərzində terrorçuların mövqelərindən ikisini nəzarətə ala bilib. Suriya Ordusu münaqişə bölgəsinə yardımçı qüvvələr göndərməklə kürd silahlılarını münaqişə yerindən geri çəkilməyə məcbur edib.
Bu hücumun “Afrinin Azadlığı Uğrunda” adlı qruplaşması tərəfindən həyata keçirildiyi və bunun son aylarda bu tipli ən ağır hücum olduğu bildirilir. Həmçinin, ağır toqquşmalara baxmayaraq, bu cəbhənin xətlərində heç bir dəyişiklik edilməyib.
Rəy