Rusiyadan Azərbaycana ekstradisiya olunan Azərbaycanlı Hərəm Müdafiəçisi kimdir? + EKSKLÜZİV FOTO
Həzrət Zeynəb (s) hərəminin müdafiəçisi, şəhid Qasim Süleymani ilə bir səngərdə döyüşən mücahid sionist Əliyev rejiminə təhvil verilib.
Hüseyniyyun Azərbaycan İslam Müqaviməti mücahidlərindən və Əliyev hökuməti tərəfindən axtarışda olan, Yusifov Taleh Rusiya hökuməti tərəfindən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil verilib.
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti Yusifov Taleh adlı şəxsin Bakıya ekstradisiya olunduğunu açıqlayıb. Onlar bu şəxsin Rövşən Əsədov və Yunis Səfərovla birlikdə Hüseyniyyun Azərbaycan İslam Müqavimətinə üzvlər topladığını, Suriyada xüsusi təlimlər keçdiyini və orada müxtəlif əməliyyatlarda iştirak etdiyini bildiriblər.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin Hüseyniyyun Azərbaycan İslam Müqavimətindən aldığı məlumata görə, cihadi adı “Hacı Təqi” olan Taleh Yusifov həqiqətən də bir müddət Suriyada İŞİD və Ən-Nusra terrorçularına qarşı əməliyyatlarda yaxından iştirak edib.
Qeyd edək ki, Azərbaycan mediaları Taleh Yusifovun hansı ölkədən Azərbaycana təhvil verilməsini rəsmi olaraq qeyd etməyiblər. Bundan əlavə xalq arasında onun İrandan Azərbaycana təhvil verildiyi şayiəsini yayaraq dindarlar arasında İran İslam Cümhuriyyətinə qarşı ümidsizlik aşılayırlar. Bu cür şayiələrə inanmayın.
Rəy