Türkiyə ordusu Suriyanın Raqqa və Həsəkə vilayətlərinə dron və artilleriyalardan istifadə edərək zərbələr endirib

Bazar ertəsi 26 Dekabr 2022 - 20:29
https://az.iswnews.com/?p=16875

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, bir neçə gündən sonra Türkiyə ordusu Suriyanın Raqqa və Həsəkə vilayətlərindəki hədəflərə dron və artilleriya hücumlarını yenidən başladıb.

Türkiyə ordusunun Suriyanın şimal bölgələrinə hücumları dayandırıldıqdan bir neçə gün sonra Türkiyə ordusuna məxsus dronlar Həsəkə vilayətinin Qamışlı şəhərinin şərqindəki Qəhtaniyyə bölgəsində toyuq fermasını hədəfə alıb və nəticədə 4 qadın və bir uşaq yaralanıb.

Həmçinin, Türkiyə ordusunun dronları Suriya Demokratik Qüvvələrinin (SDQ) Qəhtaniyyə bölgəsindəki qərargahını və Qamışlının şərqində yerləşən Tavil kəndində SDQ qüvvələrinə məxsus bir avtomobili hədəfə alıb, bu hücumlar nəticəsində aralarında cəbhə komandiri də daxil olmaqla çox sayda kürd silahlısı öldürülüb.

Bu hücumların davamında Türkiyə ordusunun qüvvələri Həsəkə vilayətində yerləşən Təll-Təmər şəhərinin ətrafındakı Əl-Kuzəliyyə, Əl-Tavilə və Təll-Tavill kəndləri və Raqqa vilayətində Eyn-İsa şəhəri ətrafında yerləşən M4 magistral yolunun üzərindəki Seyda kəndini artilleriyadan istifadə edərək hədəfə alıb. Bu hücumlarda itki olmayıb.

Qeyd edək ki, bu hücumlar Türkiyənin müdafiə nazirinin bu ölkənin Suriyanın şimalındakı hava məkanından kürd silahlılarına qarşı mümkün əməliyyatlarda istifadə etmək üçün Rusiya ilə danışıqlar apardığını elan etdiyi vaxtla birgə baş verib.

Daha çox oxuyun: Türkiyə Rusiya ilə Suriya hava məkanından istifadə üçün danışıqlar aparır

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir