İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 26 Dekabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail rejiminin təhlükəsizlik qurumlarının davamlı əməliyyatlarına baxmayaraq, Fələstin müqavimət dəstələri 24 saat ərzində işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə 14-dən çox anti-sionist əməliyyatı həyata keçirib.
Dekabrın 24-ü axşam saatlarında Fələstin müqavimət dəstələri Nablus yaxınlığında İsrail əsgərlərinin Cerzim qülləsini əldəqayırma qumbaraatanlarla hədəfə alıb. Bu hadisədən bir gün sonra Fələstin müqavimət dəstələri Cəninin cənubunda yerləşən Qəbatiyyə qəsəbəsinin girişində İsrail rejimi əsgərlərinə atəş açıb. Hücumun təfərrüatları və itkilərin sayı barədə məlumat yoxdur.
Ötən gecə Fəth hərəkatının hərbi qolu olan “Kətaib Şühada Əl-Əqsa” qüvvələri İsrail ordusunun Beyt-Əmr qəsəbəsinin kənarında yerləşən Əl-Xəlildəki müşahidə məntəqəsini atəşə tutub. Bundan sonra sionist hərbçiləri bu qəsəbəyə basqın edib gözyaşardıcı qaz və səs güllələri atıblar.
Həmçinin Nablusda “Ərinul-Usud” müqavimət dəstəsi sionist mühacirlər avtomobilini hədəfə alıb və bir bəyanatda bu dəstə qüvvələrinin avtomobilin içərisində olan sərnişinləri dəqiq hədəfə aldığını elan edib, lakin Tel-Əviv rejimi təfərrüatları açıqlamaqdan imtina edir.
Qeyd edək ki, İsrail rejiminin təhlükəsizlik xidmətinin davamlı əməliyyatlarına baxmayaraq, Fələstin müqavimət dəstələri 24 saat ərzində işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə 14-dən çox anti-sionist əməliyyat həyata keçirib. Bu münaqişələrlə eyni vaxtda 5 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.
Rəy