Kürdüstan Vətənpərvərlər Birliyinin rəhbəri İraqın baş naziri ilə görüşüb

Bazar 25 Dekabr 2022 - 19:36
https://az.iswnews.com/?p=16835

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Kürdüstan Vətənpərvərlər Birliyinin rəhbəri İraqın baş naziri ilə görüşüb. Tərəflər İraq sərhədlərinin təhlükəsizliyi və onlara nəzarətdə irəliləyişləri müzakirə ediblər.

İraq Kürdüstanı Vətənpərvər Birliyi Partiyasının rəhbəri Bafel Talibani dekabrın 24-də bu ölkənin baş naziri Məhəmməd Şəyya Əl-Sudani ilə görüşüb və müzakirələr aparıb. Bu görüşdə İraq hökumətinin ümumi siyasətləri, tədbirləri və səylərinin vəziyyəti, İraqın Kürdüstan bölgəsi əyalətləri və bu ölkənin digər əyalətləri səviyyəsində icra qurumlarının əhəmiyyəti və xidmət rolu nəzərdən keçirilib.

Həmçinin, federal hökumətlə İraqın Kürdüstan Bölgəsi arasında milli əməkdaşlıq səviyyəsində bir sıra dosyalar, o cümlədən vətəndaşlara xidmətlərin göstərilməsi, İraq sərhədlərinin təhlükəsizliyinin təmin olunması və hökumətin qərarları əsasında nəzarətdə saxlanılması üçün səylərin davam etdirilməsi barədə müzakirələr olunub.

Xatırladaq ki, bu il dekabrın 13-də İraq Ordusunun Birgə Əməliyyat Qərargahının sözçüsü Təhsin Əl-Xəfaci İraqın daxili işlər naziri Əbdül Əmir Əl-Şəmmarinin Kürdüstan bölgəsi rəsmilərinin sərhədçilərinin sayının artırılması tələbini qəbul etdiyini açıqlayaraq demişdir: “Kürdüstan bölgəsinin sərhədləri tez bir zamanda nəzarət altına alınmalıdır”.

Daha çox oxuyun: Kürdüstan bölgəsi sərhədlərində İraq əsgərlərinin sayı artır

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir