Əymən Əz-Zəvahirinin ölümündən beş ay sonra onun söz-söhbətlərə səbəb olan səs yazısı yayımlandı + VİDEO

Şənbə 24 Dekabr 2022 - 20:06
https://az.iswnews.com/?p=16811

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, “Əl-Qaidə” terror qruplaşmasına bağlı Əl-Səhab media mərkəzi bu qruplaşmanın lideri Əymən Əz-Zəvahirinin söz-söhbətlərə səbəb olan səsini özündə əks etdirən video yayımlayıb.

Əl-Səhab media mərkəzinin “Şühədaul-Hind Təhtə Rayətin-Nəbi” adlı 30 dəqiqəlik videosu Əymən Əz-Zəvahirinin nəql etdiyi Əl-Qaidənin Hindistandakı qolunun əmirlərinin həyat və fəaliyyətindən bəhs edən rəvayətin birinci hissəsidir. Bu yaxınlarda yayımlanan bu videonun birinci hissəsi Qari İmranın həyat və fəaliyyətindən bəhs edir.

Bu videoda Qari İmranın rəhbərliyi dövründə “Əl-Qaidə”nin Əfqanıstan və Pakistandakı müxtəlif fəaliyyətlərindən bəhs edilərkən, İŞİD-in Xorasanda meydana çıxmasından da bəhs edilir. Videonun maraqlı məqamlarından biri də odur ki, Əfqanıstanın Hərat vilayətində məskunlaşan Mucib Ər-Rəhman Ənsarinin öldürülməsi, İŞİD-ə aid edilir.

Bu video, Əl-Qaidə ABŞ prezidenti Cozef Baydenin Kabildə pilotsuz təyyarənin hücumu nəticəsində Əymən Əz-Zəvahirinin ölməsi xəbərindən sonra liderinin ölümü ilə bağlı heç bir bəyanat və ya xəbər dərc etmədiyi halda yayımlanır və “Təqəbbələhullah” (Allah qəbul etsin) kimi ifadələr belə isfadəsi adətən bu qrupda öldürülənlər üçün işlədilir, lakin onun üçün istifadə edilməmişdir. Amma bu videoda Əz-Zəvahirinin əvəzinə Əfqanıstanda baş verən son hadisələrdən danışarkən, mətnin rəvayətçisi deyir ki, bu, Əz-Zəvahirinin həmin məsələləri həll etmək üçün olmadığını göstərə bilər.

Əymən Əz-Zəvahirinin Əl-Qaidənin Pakistan və Əfqanıstandakı yüksək rütbəli üzvləri haqqında söhbətinin bir hissəsi
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir