Yəmənin işğal olunmuş əraziləri Amerika səfirinin idarəçiliyindədir + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ-ın Yəmənin işğal olunmuş bölgələrindəki qeyri-qanuni fəaliyyətləri Stiven Faqinin vasitəsi ilə Mərib, Əl-Covf, Şəbvə və Həzərmut əyalətlərindəki son hadisələrdə artıb.
Əl-Covf qəbilələrindəki mənbələrin məlumatına görə, Əl-Covf valisi Hüseyn Əl-Avazi dekabrın 20-də ABŞ səfiri Stiven Faqinlə görüşündə ona İslah Partiyasına bağlı hərbi komandirlərin və qəbilələrin siyahısını verib və onları istefa vermiş hökumətin fəaliyyətlərinin qarşısını almaqda ittiham edib.
Bu hərəkət Əl-Covf qəbilələrinin başçılarının və İslah Partiyasının yüksək vəzifəli üzvlərinin Mərib şəhərində yer dəyişməsinə səbəb olub.
Hüseyn Əl-Avazinin Əl-Covf valiliyi vəzifəsinə təyin edilməsi Şeyx Əmin Əl-Əkiminin Səudiyyə Ərəbistanında həbsindən sonra baş tutdu. Əl-Avazi Xalq Konqresi Partiyasının tanınmış üzvlərindən və Tariq Salehin yaxın adamlarından biridir və onun valiliyi Tariqin Birləşmiş Ərəb Əmirlikləri və ABŞ ilə sıx əlaqələrinin göstəricisidir. Əslində, Tariq Saleh Yəmənin cənub-qərbində məskunlaşdıqdan sonra Amerikanın Mərib və Şəbvə bölgələrindəki hadisələri inkişaf etdirmək üçün əsas rıçaqa çevrilib.
Qeyd edək ki, Amerika son aylarda Yəməndəki hərbi əməliyyatları çərçivəsində, bazaların tikintisi, neft ehtiyatlarının talan edilməsi və pilotsuz təyyarələrlə hücumlara kifayət etməyib və onların hərbi müşavirləri Həzərmut və Əl-Məhrə sahil bölgələrində “Sərhəd Mühafizəsi” adlı qüvvələr hazırlayır. Bu qvardiyanın hazırlanması və formalaşdırılması üçün büdcəni ABŞ təmin edib və onun formalaşdırılmasında məqsəd Yəmənin cənub sərhəd sularına nəzarət etməkdir.
Daha çox oxuyun:
BƏƏ-nin Yəmənin Həzərmut sahillərindəki böyük bazası haradadır?
Rəy