Son günlər İraqda İŞİD öz əməliyyatlarını artırıb

Cümə 23 Dekabr 2022 - 17:49
https://az.iswnews.com/?p=16785

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD ünsürlərinin son günlər Diyalə, Kərkük və Neynəva vilayətlərində həyata keçirdikləri terror aktları nəticəsində bir neçə İraq əsgəri şəhid olub və yaralanıb.

Ötən günlərdə İŞİD-in Diyalə, Kərkük və Neynəva vilayətlərində iraqlı əsgərlərə qarşı yol kənarında yerləşdirilmiş bombanın partladılması şəklində həyata keçirdiyi əməliyyatların sayı artıb. Görünən odur ki, İraq əsgərlərinin keçidində bombaların partladılması İŞİD-in mümkün itkilərin qarşısını almaq üçün İraq təhlükəsizlik qüvvələrini onlarla birbaşa münaqişə etmədən hədəfə almaq üçün yeni bir taktikadır.

Dekabrın 18-də Kərkük vilayətinin qərbində, Ər-Riyad rayonunda İraq polisinin avtomobilinin yoluna qoyulmuş partlayıcı qurğunun partladılması nəticəsində 10 İraq əsgəri şəhid olmuş, ikisi isə yaralanmışdır.

Dekabrın 21-də Kərkükün cənub-qərbində Əl-Zab bölgəsi yaxınlığında İraq ordusunun karvanı yolunda yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində İŞİD ünsürləri İraq əsgərləri ilə toqquşmuşdur. Bu atışma zamanı bir İraq əsgəri şəhid olmuş, ikisi isə yaralanmışdır.

Bu hadisədən bir neçə saat sonra, Neynəva əyalətinin Maxmur bölgəsində İraq ordusuna məxsus avtomobilin yolunda başqa bir yol kənarına yerləşdirilmiş bomba partladılmış, nəticədə iki ordu əsgəri şəhid olmuş, daha üç əsgər isə yaralanmışdır.

İŞİD ünsürlərinin Kərkük vilayətində İraq əsgərlərinə qarşı hücumları ilə yanaşı, Kərkük vilayətinin Talibani rayonunun Sənur kəndindəki Ronaki məktəbinin əməkdaşları məktəbin girişində bomba olduğunu görüb və dərhal təhlükəsizlik orqanlarına məlumat veriblər. Təhlükəsizlik qüvvələri hadisə yerinə gəldikdən sonra bombanı zərərsizləşdirib.

Son hadisələr və İŞİD-in hücumlarının artması bu ölkənin baş naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Məhəmməd Şəyya Əl-Sudanini ordunun baş qərargah rəisi, Birgə Əməliyyatlar Komandanlığının müavini və bir sıra yüksək rütbəli hərbi və təhlükəsizlik komandirlərinin iştirakı ilə təhlükəsizlik iclası keçirməyə vadar edib. Bu görüşdə Əl-Sudani iki terror hadisəsi və bu hadisələrin təkrarlanmaması üçün hazırlanmış hərbi planlar haqqında ətraflı izahatlar alıb. O, kəşfiyyat orqanları arasında koordinasiyanın artırılması, yüksək hazırlıq və düşmənə qarşı qabaqlayıcı əməliyyatların aparılmasının vacibliyini vurğulayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir