Təhrir Əş-Şam terrorçuları İdlibin cənubunda yerləşən Suriya ordusunun mövqelərinə hücum edib + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Təhrir Əş-Şam terrorçuları İdlibin cənub bölgələrində Suriya ordusunun mövqelərinə hücumu nəticəsində bir neçə suriyalı əsgər şəhid olub və yaralanıb.
Bu gün dekabrın 22-də Təhrir Əş-Şam İdlibin cənubundakı Muarəttu-Moxs və Əl-Bric cəbhələrində Suriya ordusunun mövqelərinə hücumun görüntülərini yayıb.
Təhrir Əş-Şam bu toqquşmalar zamanı Suriya ordusunun 15 qüvvəsinin öldürüldüyünü və yaralandığını iddia etsə də, bu qruplaşmanın dərc etdiyi görüntülərə görə, yalnız üç suriyalı əsgərin cəsədini görmək mümkündür. Hələlik Suriya ordusunun komandirləri bununla bağlı açıqlama verməyib.
Bu, Təhrir Əş-Şamın son üç həftədə Suriya ordusunun mövqelərinə beşinci və altıncı hücumları idi. Bu il dekabrın 11-də Təhrir Əş-Şam terrorçuları İdlib vilayətində yerləşən Dadix kəndi və Latakiya vilayətində yerləşən Bəyda kəndi yaxınlığında Suriya ordusunun mövqelərini hədəfə almışdır. Bundan bir neçə gün sonra, dekabrın 17 və 18-də Hələb vilayətində yerləşən Qubbətan Əl-Cəbəl və İdlib vilayətində yerləşən Əl-Ərbix cəbhəsindəki Suriya ordusunun mövqeləri də Təhrir Əş-Şam terrorçularının hədəfinə çevrilmişdir.
Bu hücumlar Təhrir Əş-Şamın İdlib bölgəsində atəşkəsi açıq şəkildə pozduğunu göstərir, lakin buna baxmayaraq, Suriya ordusu və müttəfiqləri bu hücumlara cavab verməyib. Təhrir Əş-Şamın Suriya ordusuna qarşı genişmiqyaslı quru hücumuna hazırlaşması və onun son hücumları yalnız Suriya ordusunun güclü və zəif tərəflərini müəyyən etmək məqsədi daşıması ehtimalı da var.
Rəy