Orta Asiyada baş verən son hadisələr, 21 Dekabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Pakistan ordusu ilə Təhrik-e-Taliban Pakistan arasında Hayber-Paxtunxva əyalətində davam edən toqquşmalar nəticəsində hər iki tərəfin qüvvələrindən ən azı 46 nəfər həlak olub və yaralanıb.
Əfqanıstan:
1- Pəncşir:
– Dekabrın 14-də Taliban lideri Molla Həbtullah Axundzadə, qubernator Moləvi Məhəmməd Həsən Haşimi və Talibanın Pəncşir vilayətindəki təhlükəsizlik komandiri Molla Məhəmməd Təyyib Həqqani-ni Qəndəhara çağırıb. Yerli Taliban rəsmilərinin Qəndəhara çağırılmasına səbəb Taliban hərbi komissiyasının Pəncşirdə yerli hakimiyyət orqanlarının təhlükəsizlik və siyasi vəziyyətə nəzarətdə səmərəsizliyi və Talibanın daxili ixtilafları ilə bağlı ardıcıl şikayətləridir.
– Dekabrın 15-də Pəriyan şəhərində yerləşən Şəxkay kəndində Taliban silahlıları ilə Əhməd Məsud qüvvələri arasında baş vermiş toqquşma nəticəsində 6 taliban silahlısı öldürülüb və yaralanıb. Həmçinin bu münaqişədə Əhməd Məsudun Həbibullah adlı qüvvələrindən biri öldürülüb.
– Dekabrın 16-da Raxe şəhərində yerləşən Mərəştan kəndində Taliban silahlılarını daşıyan avtomobilin yolunda bombanın partlaması nəticəsində bir neçə Taliban silahlısı öldürülüb və yaralanıb.
2- Kabil:
Dekabrın 16-da İslam Pariyasının lideri Gülbəddin Hikmətyar “İman” məscidində cümə namazı xütbələrində partlayıcı və kamikadze əməliyyatların rəhbərliyinin Kabildən Tacikistanın paytaxtı Düşənbəyə köçürüldüyünü iddia edib. O, həmçinin İslam Partiyası ofisinə və İman məscidinə, Pakistan səfirliyinə silahlı hücumun və Kabildəki Çin hotelinə terror hücumlarının Tacikistan vətəndaşının rəhbərlik etdiyi terror qruplaşması tərəfindən həyata keçirildiyini iddia edir.
Daha çox oxuyun: İŞİD Pakistan səfirinə və Cəlalabad sikxlərinə hücum; Qolbədin Hikmətyarın ofisinə hücumun səbəbkarı naməlum olaraq qaldı!
3- Helmənd:
Dekabrın 15-də Qəndəhar və Helmənd vilayətlərində yerləşən Taliban silahlıları arasında daxili fikir ayrılıqlarına görə, 300-ə yaxın Qəndəhar Taliban silahlısı Helmənd əyalətinin Şorabak şəhərindəki 215 saylı həbsxanaya hücum edərək Qəndəhar əhli olan məhbuslarını azad ediblər. Bundan sonra onlar Helmənd hərbi komandanlığının əmrinə tabe olmamaq məqsədi ilə onlarla hərbi maşınla Şorabek bazasını tərk edərək Qəndəhar şəhərinə gediblər.
4- Qəndəhar:
Dekabrın 20-də Əfqanıstanın Azadlıq Cəbhəsinin silahlıları tərəfindən əl qumbarasının partlaması nəticəsində Qəndəhar şəhərinin 10-cu məhəlləsində yerləşən Cümhuriyyət yolunun kəsişməsində Taliban silahlılarının postunda bir neçə Taliban silahlısı öldürülüb və yaralanıb.
5- Dekabrın 16-da İŞİD-in Xorasan vilayəti öz ünsürlərinin yeni İŞİD xəlifəsinə beyət etdiklərini əks etdirən videonu fars dilində yayımladı. Bu, əvvəlki beyətlərlə fərqli olaraq fars dilində yayımlanıb. İŞİD ünsürləri əvvəlki beyət videolarında daha çox puştu dilində beyət edirdilər. Bu videoda 17 müxtəlif İŞİD qruplaşması ciddi təhlükəsizlik tədbirləri altında Əbul Hüseyn Əl-Hüseyniyə beyət edib.
6- Sərhu Əl-Xilafət Media Mərkəzi (İŞİD-in qeyri-rəsmi müəssisələrindən biri) Çin prezidenti Si Cinpinin şəkillərini və Kabildəki Longan hoteli əməliyyatının icraçılarını əks etdirən poster dərc edərək, bu əməliyyatı Çinin Sincan vilayətində uyğur müsəlmanlarının qanı intiqamı kimi qiymətləndirib.
Daha çox oxuyun: Kabildə çinlilərin hotelinə silahlı hücum olub + FOTO və VİDEO
Tacikistan:
1- Dekabrın 16-da Səudiyyə Ərəbistanının baş prokuroru Səud Əl-Mucib Tacikistana rəsmi səfəri çərçivəsində tacikistanlı həmkarı Yusuf Rəhmon ilə görüşüb. Bu görüşdə terrorizm, çirkli pulların yuyulması, transsərhəd cinayətlərlə mübarizə sahəsində qabaqlayıcı tədbirlər və hər iki tərəfin təcrübələrinin ötürülməsi kimi məsələlər müzakirə edilib.
2- Dekabrın 15-də Pakistanın Baş naziri Şəhbaz Şərif Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşmək və söhbət etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə səfər edib. Bu görüşdə Əfqanıstanda terrora qarşı birgə mübarizə və bu ölkədə ümumi hökumətin qurulması vurğulanıb.
Qazaxıstan:
1- Ecoiran analitik saytının Orta Dəhliz vasitəsilə yük daşımalarının artması ilə bağlı hesabatı: Qazaxıstan hökumətindən yeni məlumatlar göstərir ki, Orta Dəhliz vasitəsilə yüklərin daşınması 2022-ci ilin ilk 10 ayında 800 faiz artıb. Həmçinin, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan və Qazaxıstan arasında dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin həcmi ümumilikdə 950 min ton olub.
Daha çox oxuyun: Orta Dəhliz; Türkiyənin Çinə qoşulması planı!
Pakistan:
1- Hayber-Paxtunxva:
– Dekabrın 14-də Şimali Vəziristan bölgəsinin mərkəzi Miranşah şəhərində Pakistan polis qüvvələrini daşıyan avtomobilə kamikadze hücumu nəticəsində 3 polis ölüb, 4-ü mülki şəxs olmaqla 12 nəfər yaralanıb.
– Dekabrın 15-də Kərəm İcensi məntəqəsində “Qari Əhməd”, Ləki Mərvat məntəqəsində “Qari Səidullah” və Şimali Vəziristan bölgəsində “Qari Cəmil Mədxil” komandanlığı altında üç terror qruplaşmasının liderləri Təhrik-e-Taliban Pakistan (TTP) lideri Nur Vəli Məhsudla beyət ediblər.
– Dekabrın 15-də “Təhrik-e-Taliban Pakistan” (TTP) silahlılarının Şimali Vəziristanın Xissur Təhsil şəhərində Pakistan ordusunun postuna hücumu nəticəsində dörd pakistanlı əsgər həlak olub.
– Dekabrın 15-də Pakistan ordusunun Şimali Vəziristandakı Mir Əli Təhsildəki Təhrik-e-Taliban Pakistan (TTP) bazasına hücumu nəticəsində “Təhrik-e-Taliban Pakistan”ın (TTP) 11 üzvü öldürülüb və yaralanıb.
– Dekabrın 16-da Şimali Vəziristanın Bannu rayonunun Şival kəndində Təhrik-e-Taliban Pakistan (TTP) ilə Pakistan Ordusunun qüvvələri arasında baş verən toqquşmada “Təhrik-e-Taliban Pakistan”ın (TTP) 3 üzvü ölüb və yaralanıb.
– Dekabrın 17-də Şimali Vəziristan bölgəsinin Ləki Mərvat bölgəsində yerləşən Noranq kəndində Pakistanın polis məntəqəsinə Təhrik-e-Taliban Pakistan (TTP) silahlılarının hücumu nəticəsində 8 pakistanlı polis ölüb və yaralanıb.
– Dekabrın 20-də Şimali Vəziristanda yerləşən Tal Bric kəndində Pakistan polis qüvvələrini daşıyan maşına “Vaqas Davar” adlı “Təhrik-e-Taliban Pakistan” (TTP) qruplaşmasının üzvünün kamikadze hücumu nəticəsində beş pakistanlı polis həlak olub və yaralanıb.
2- Bəlucistan:
Dekabrın 15-də Bəluc Azadlıq Ordusu (BLA) terror qruplaşmasının ünsürləri Xaran şəhərində Pakistan hökumət qüvvələrinə bağlı Şəhriyar Nüşravani adlı şəxsi bəluc gənclərini Pakistan ordusuna qoşulmağa təşviq etmək və xalqın əmlakından sui-istifadə etmək ittihamı ilə qətlə yetiriblər.
3- Dekabrın 14-də İslamabad Ali Məhkəməsi bu ölkənin keçmiş baş naziri “İmran Xan”la bağlı məhkəmə işinə baxılmasını təxirə salıb. Bu cinayət işi İmran Xanın xarici səfərləri zamanı aldığı hədiyyələrin, satılıb, məvaciblərinin hökumətə təqdim edilməməsi ilə bağlıdır.
4- Dekabrın 16-da Pakistan Xarici İşlər Nazirliyi Spin Buldak-Çaman sərhəd-keçid məntəqəsində Taliban və ölkənin sərhədçiləri arasında baş vermiş sərhəd münaqişəsini pisləyərək, Əfqanıstanın İslamabaddakı səfirliyinin müvəqqəti işlər vəkilini bu mövzuda cavab vermək üçün çağırıb.
Daha çox oxuyun: Taliban və Pakistan ordusu arasında baş vermiş altıncı sərhəd münaqişəsi 24 ölü və yaralı ilə nəticələndi + VİDEO və FOTO
5- Dekabrın 17-də Pakistan Senasının Xarici Əlaqələr Komitəsinin sədri Faruq Həmid Nayk İslamabaddan Əfqanıstanla sərhəd münaqişələrinin artmasına cavab olaraq Əfqanıstanla siyasətini yenidən nəzərdən keçirməyi tələb edərək bildirib:
“Biz Qərbin iradəsinə zidd olaraq dünyada Talibanın sözçüsü kimi fəaliyyət göstəririk, lakin bu qrup bizə qarşı çıxır və əleyhimizə silah qaldırır. Əfqanıstan sərhədində münaqişələrin sayı bizim Hindistanla şərq sərhədimizdən qat-qat çoxdur, ona görə də ölkə təcili olaraq Talibanla bağlı siyasətinə yenidən baxmalıdır”.
Rəy