Yəməndə baş verən son hadisələr, 21 Dekabr 2022

Çərşənbə 21 Dekabr 2022 - 19:46
https://az.iswnews.com/?p=16734

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, istefa vermiş Yəmən hökumətinin başçısı Rəşad Əl-Əlimi bu hökumətin beynəlxalq ictimaiyyət tərəfindən tanınmamasını tənqid edərək, Ənsarullahın Yəmənin işğal olunmuş ərazilərində ki, fəaliyyətlərini neft ixracı və maaşların ödənişinə əsas maneə kimi qiymətləndirib.

1- Mərib:
– Dekabrın 17-də istefa vermiş hökumət qüvvələrinin Ğoirban bölgəsində Əl-Həriqdan qəbilə üzvlərinin toplaşdığı yerə tank hücumu nəticəsində 7 nəfər həlak olub və yaralanıb, iki yanacaq daşıyan tır yanıb.
– Dekabrın 18-də istefa vermiş hökumətin ordu komandiri Səğir Bin Əzizin qüvvələri Mərib şəhərinin bir sıra küçələrini nəzarətə götürüb və araşdırma aparıblar.
– Dekabrın 19-da Əl-Safir neft yatağı yaxınlığında “İslah” partiyasının silahlıları ilə Əl-Rəşid qəbilələrinin silahlıları toqquşub. Bu münaqişənin tələfatının təfərrüatları açıqlanmayıb.

Daha çox oxuyun:
Səğir bin Əziz İslah partiyasına müharibə elan etdi
Mərib qəbilələri İslah Partiyasının silahlıları ilə münaqişəyə girdilər

2- Şəbvə:
Şəbvə Müdafiə Qüvvələri Nisab rayonunda İslah Partiyasının 40 üzvü və tərəfdarının həbs edildiyini açıqlayıb. Həmin şəxslər Məribdən Ətəq şəhərinə qayıdarkən müəyyən edilərək həbs ediliblər.

3- Həzərmut:
Dekabrın 21-də Cənub Keçid Şurasının tərəfdarları Əl-Həbbə Əl-Həzrəmiyyə qiyamının 9-cu ildönümü münasibətilə Əl-Mukalla şəhərində toplaşaraq şəxsi motosikletlərlə yürüş təşkil ediblər.

4- Ləhic:
Dekabrın 18-də Tariq Salehin qüvvələri Cənub Keçid Şurasının 1-ci briqadasının Əl-İnad bazasına daxil olmasına mane olub. Onlayn xəritədə Əl-İnad bazasının yerinə baxın

5- Əl-Məhrə:
Dekabrın 20-də Səudiyyə koalisiya qüvvələri Əl-Məhrə əyalətinin sahillərində balıqçılara hücum edərək, onların Niştun limanı yaxınlığında balıq tutmasına mane olub və onların dörd balıqçı qayığını ələ keçirib.

6- Yerli mənbələrə görə, BƏƏ Əbdül Lətif Əl-Seyyid silahlılarının dəstəyi ilə Ədən və Əbyən arasında, Əl-Əmaliqə qüvvələrinin dəstəyi ilə Şəbvə sahillərində və neft bölgələrində və Əl-Məhrə əyalətində Möhsün Mursi silahlılarının dəstəyi bir neçə hərbi baza tikir.

7- Sənaa:
İslam Dünyası Xəbərlərinin sahə qaynağından alınan məlumata görə, Mərib şəhəri və Yəmənin qərb sahillərindəki cəbhələrdə məşğul olan Tariq Salehin komandanlığındakı qüvvələrdən on nəfər Ənsarullaha qoşulub. Bu şəxslərdən biri Həsən Əl-Marisi Tariq Saleh qüvvələrinin 7-ci briqadasının cəbhə komandirlərindən biri olub.

8- Əl-Hudəydə:
– Dekabrın 15-də Yəmən Neft Şirkəti Qırmızı dənizdə Səudiyyə koalisiyası tərəfindən Yəmənə yanacaq daşıyan iki “Viviana” və “Anhuna” gəmisinin ələ keçirildiyini bildirdi.
– Dekabrın 17-də Səudiyyə koalisiyası Qırmızı dənizdə Yəmən üçün benzin daşıyan GH Austen gəmisini yoxlama və BMT-dən giriş icazəsi almasına baxmayaraq saxladı. Bu gəminin ələ keçirilməsi ilə Səudiyyə koalisiyasının ələ keçirdiyi gəmilərin sayı 5-ə yüksəldi.
– Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 178 dəfə pozub.

9- Əbyən:
– Mudiye rayonunda Vadi Umran bölgəsində Cənub Keçid Şurasının silahlı üzvlərini daşıyan maşınların yolunda iki bombanın partlaması nəticəsində 7 nəfər ölüb və yaralanıb. Bu hücuma görə məsuliyyəti Ənsar Əş-Şəriyə terror qruplaşması öz üzərinə götürüb.
– Dekabrın 21-də Əl-Məhfəd rayonunun Vadi Əl-Xiyalə bölgəsində Cənub Keçid Şurasının silahlı patrul avtomobilinin yolunda bomba partladılması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

10- Camal bin Ömər, Birləşmiş Millətlər Təşkilatının keçmiş baş katibinin müavini və Yəmən üzrə keçmiş nümayəndəsi:

“ABŞ administrasiyası Yəməndə müharibə səlahiyyətlərinin qətnaməsini qəbul etmək səylərini əngəlləməyə çalışır. ABŞ prezidenti administrasiyasının iddialarının əksinə olaraq, Yəməndə müharibəni dayandırmaq üçün diplomatik irəliləyiş yoxdur. Ona görə də hər an hərtərəfli müharibə yenidən başlaya bilər”.

11- Yəmənin istefa vermiş hökumətinin prezident şurasının rəhbəri Rəşad Əl-Əlimi istefa vermiş hökuməti tanımamaqda beynəlxalq ictimaiyyəti tənqid edərkən deyib:

“Beynəlxalq ictimaiyyət Yəmənin (istefa vermiş) hökuməti ilə “hökumət” kimi deyil, “qurum” kimi yanaşır. Husilərin (Ənsarullah) neft ixracına mane olması səbəbindən hökumətimiz nəzarəti altında olan əyalətlərdə maaşları ödəyə bilmir”.

Qeyd edək ki, Ənsarullah Yəməndə atəşkəs razılaşmasının müddətinin başa çatmamasından sonra üç dəfə məhdud olaraq dronlarla hücumlar həyata keçirərək, Həzərmut vilayətinin sahillərində yerləşən Əd-DəbbəQana limanlarına xarici gəmilərin yaxınlaşıb yüklənməsinin qarşısını alıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir