Amerika koalisiyası Suriyanın Əl-Bab şəhərinə dronlarla hava zərbələri endirib + VİDEO və FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika koalisiyasının Suriyanın Əl-Bab şəhərinə dron hücumu nəticəsində İŞİD terror qruplaşmasının cəbhə komandirlərindən biri ağır yaralanıb.
Dekabrın 20-də Amerika koalisiyasının dronları Hələb vilayətində yerləşən Əl-Bab şəhərinin “Xolo” məhəlləsindəki evi hədəfə alıb. Hadisədən bir neçə dəqiqə sonra məlum olub ki, İŞİD terror qruplaşmasının komandirlərindən biri Əbu Yasir Əl-Yəməni ləqəbli Bəssa Əhməd Əl-Səvadi Amerika koalisiyasının dronlarının hədəfinə çevrilib və ağır yaralanıb. O, xəsarət aldıqdan sonra tibb mərkəzinə aparılsa da, səhhəti ilə bağlı hələlik ətraflı məlumat verilməyib.
Bu hücum nəticəsində daha bir neçə mülki şəxs də ağır yaralanıb.
Bu hücumun Amerikanın MQ-9 dronu tərəfindən həyata keçirildiyi və hadisə yerindəki raketin qalıqları bu hücumun AGM-179 raketindən istifadə edildiyini göstərir.
Hələlik Amerika koalisiyasının komandirləri və ABŞ terrorçularının Qərbi Asiyadakı qərargahı (CENTCOM) bununla bağlı heç bir açıqlama verməyib.
Rəy