Terrorçu qruplaşmaların İranın Sistan və Bəlucistan əyaləti sərhədlərinə hücumu uğursuzluqla nəticələnib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, terrorçu və separatçı qruplaşmaların İranın cənub-şərqində yerləşən Səravan şəhərinin sərhəd bölgələrinə hücumlarından sonra SEPAH və Bəsic qüvvələrinin dörd üzvü şəhid olub.
Qüds qərargahının İranın cənub-şərqdəki ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi hesabatına əsasən, dünən səhər dekabrın 19-da İran İslam İnqilabı Keşikçiləri Korpusunun 44-cü Qəmər Bəni Haşim (ə) briqadasının qüvvələri ilə terrorçu və separatçı qruplaşmalarının silahlı hücumundan sonra, Sistan və Bəlucistan əyalətin Səravan şəhərinin sərhəd bölgələrində ikinci leytenant Məhəmməd Qudərzi, Rəhim Bəxş Pərəki (Əhli-sünnə), Həmidreza Abedi və Mahmud Nikxahzadə adlı üç Bəsic üzvü ilə birlikdə şəhid olub.
Terrorçu qruplaşmaların əməliyyatçıları İran qüvvələrinin ağır müqavimətindən sonra bölgəni tərk edərək Pakistan ərazisinə qaçıblar. Terrorçuların dəqiq itkiləri və onlara dəyən ziyanın təfərrüatları açıqlanmayıb. Səravan Sərhəd Alayının komandiri, polkovnik Hüseyn Əli Fərahi “Esfandak” bölgəsində yerləşən sərhədçilərin terrorçu qruplaşmaların üzvlərinin ölkəyə daxil olması və təxribatının qarşısının alınmasına toxunaraq deyib:
“Silahlı şəxslər (iranlı) sərhədçilərin şiddətli atəşinə müqavimət göstərməyə gücü çatmayıb və dağ yivlərindən istifadə edərək qarşı ölkəyə (Pakistan) tərəf qaçıblar. Sərhədçilər həmçinin atışma məntəqəsini təmizləyərkən, 340 “Kalaş” döyüş gülləsi, 190 döyüş gülləsi ilə yanaşı iki M16 darağı, 8 əl qumbarası, 24 40 millimetrlik piyada əleyhinə güllə, bir ədəd 40 millimetrlik avtomobil əleyhinə güllə, bir “Kalaş” süngüsü, bir raçiya, bir kompas, üç yataq çantası, bir ədəd qanı dayandıran bandaj paketi və iki ədəd turniket aşkar edərək müsadirə ediblər.
Səravan İranın ən şərq nöqtəsində yerləşən və Pakistanla həmsərhəd olan Sistan və Bəlucistan əyalətinin şəhərlərindən biridir. Bu şəhərin sakinlərinin əksəriyyəti əhli-sünnə müsəlmanlardır və bu, Pakistan səhralarında yerləşən terrorçu və separatçı qruplaşmaları fəaliyyətlərinin çoxunu bu şəhərə yönəltməsinə səbəb olub.
Rəy