İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 19 Dekabr 2022

Bazar ertəsi 19 Dekabr 2022 - 21:24
https://az.iswnews.com/?p=16666

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin müqavimət qüvvələri İsrail hərbçilərinin Əl-Xəlil məntəqəsinin şimalına hücumu ilə eyni vaxtda Cənin ətrafında sionist qüvvələrə aid iki nəzarət-buraxılış məntəqəsini hədəfə alıblar.

Dekabrın 17-də İsrail əsgərləri Əl-Xəlilin şimalında yerləşən Əl-Ərub düşərgəsinə hücum edərək fələstinlilərə döyüş güllələri atıblar. Bu qarşıdurma zamanı onlarla fələstinli yaralanıb. Həmçinin, İsrail əsgərləri Əl-Xəlilin şimalında yerləşən Beyt Əmr qəsəbəsindəki iki fələstinlini əsir götürüblər.

Dünən səhər saatlarında İsrail rejiminin əsgərləri Nablus şəhərindəki Əskər düşərgəsinə basqın edərək, bu ərazidə bir evi mühasirəyə aldıqdan sonra “Musa ən-Nəqib” adlı fələstinlini əsir götürüblər.

Fələstin müqavimət qüvvələri israillilərin hərəkətlərinə cavab olaraq Cənin yaxınlığında İsrail hərbçilərinə məxsus iki nəzarət məntəqəsini hədəfə alıb. Ölənlərin sayı və bu hücumun təfərrüatları barədə məlumat yoxdur.

İordan çayının qərb sahilində müqavimət əməliyyatlarının artması ilə eyni vaxtda İordan çayının qərb sahilinin şimalındakı sionist qəsəbələr şurasının rəhbəri Yossi Daqan Nablus keçidlərinin dərhal bağlanmasını və Nablus şəhərinə qarşı müqavimət qüvvələrini aradan aparmaq üçün geniş hərbi əməliyyatların həyata keçirilməsini tələb edib.

Xatırladaq ki, iki gün əvvəl Fələstin mediası İordan çayının qərb sahilində cəmi 24 saat ərzində 30 anti-İsrail əməliyyatı keçirildiyini açıqlamışdı. Bu əməliyyatların artması göstərir ki, Fələstin müqavimət dəstələri İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə istənilən münaqişəyə həmişəkindən daha çox hazırdırlar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir