İraqda baş verən son hadisələr, 18 Dekabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Həşd-Şəəbi Təşkilatının 41-ci Briqadasının döyüşçüləri İŞİD ünsürlərini təqib və həbs etmək üçün Samirranın cənubunda yerləşən Təl-Bətər bölgəsində təhlükəsizlik əməliyyatına başlayıb.
1- Bağdad:
– Dekabrın 14-də ABŞ terrorçularının Qərbi Asiyadakı qərargahının (CENTCOM) komandanı general Maykl Korilla Bağdadda baş nazir və İraq silahlı qüvvələrinin baş komandanı Məhəmməd Şəyya Əl-Sudani ilə görüşüb və müzakirələr aparıb. Bu görüşdə tərəflər regionda və İraqda baş verən son hadisələr, terrorla mübarizə, ABŞ-İraq hərbi əməkdaşlığının davam etdirilməsi, xüsusilə də məsləhət və təlim sahəsində əməkdaşlığı müzakirə ediblər.
Daha çox oxuyun: Centcom komandiri İraqın baş naziri ilə görüşüb + FOTO
– Dekabrın 14-də İŞİD terror qruplaşması bəyanat yayaraq, İraq ordusu qüvvələrinin Bağdadın şimalında yerləşən Tarimiyyə yaxınlığındakı Əl-Xan bölgəsində yol kənarına yerləşdirilən bombanın partladılmasını açıqlayıb.
2- Neynəva:
Dekabrın 16-da Mosulun ətrafında yerləşən Bəəşiqə bölgəsində yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində 2 uşaq ölüb, 3 uşaq yaralanıb.
3- Diyalə:
Dekabrın 16-da İŞİD terror qruplaşması öz ünsürlərinin Diyalə vilayətinin Behrez bölgəsinin cənubunda İraq ordusunun hərbi qərargahına hücum etdiyini açıqlayıb. İŞİD-in iddiasına görə, bu qarşıdurma zamanı iraqlı əsgərlərdən biri şəhid olub.
4- Ərbil:
Dekabrın 18-də səhər saatlarında Ərbilin qərbindəki Qani Qirjale bölgəsində Amerika qüvvələrinin Kürd Peşmərgə qüvvələrinə təlim vermək üçün istifadə etdiyi silah anbarı partlayıb. Ölənlərin sayı və bu hadisənin təfərrüatları barədə məlumat verilməyib.
Daha çox oxuyun: Ərbildəki hərbi bazada partlayış olub
5- Kərkük:
Dekabrın 18-də Kərkük vilayətinin qərbində yerləşən Ər-Riyad rayonunda İraq polisi avtomobilinin yoluna yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində 10 İraq əsgəri şəhid olub, ikisi isə yaralanıb.
6- Səlahəddin:
Dekabrın 14-də Həşd-Şəəbi Təşkilatının 41-ci Briqadasının döyüşçüləri İŞİD ünsürlərini təqib və həbs etmək üçün Samirranın cənubunda yerləşən Təl-Bətər bölgəsində təhlükəsizlik əməliyyatına başlayıb.
7- Dekabrın 13-də İraq Ordusu Birgə Əməliyyat Komandanlığının sözçüsü Təhsin Əl-Xəfaci İraq Daxili İşlər Naziri Əbdül Əmir Əl-Şəmmari tərəfindən Kürdüstan Bölgəsinin sərhəd mühafizəçilərinin sayının artırılması tələbinin qəbul edildiyini açıqladı və dedi: “Kürdüstan bölgəsinin sərhədləri tezliklə nəzarət altına alınmalıdır”.
Daha çox oxuyun: Kürdüstan bölgəsi sərhədlərində İraq əsgərlərinin sayı artır
Rəy