Ərbildəki hərbi bazada partlayış olub

Bazar 18 Dekabr 2022 - 19:35
https://az.iswnews.com/?p=16624

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın Ərbil vilayətinin qərbində Amerika hərbçiləri və Kürd Peşmərgə qüvvələrinin istifadə etdiyi birgə silah və sursat anbarı partlayıb.

Bu gün dekabrın 18-də səhər saatlarında Ərbilin qərbindəki Qani Qirjale bölgəsində Amerika qüvvələrinin Kürd Peşmərgə qüvvələrinə təlim vermək üçün istifadə etdiyi silah anbarı partlayıb.

Yerli mənbələrin məlumatına görə, partlayışdan sonra bu bazadan partlayış səsləri eşidilib və Amerika hava təchizatları bu ərazidə kəşfiyyat uçuşu həyata keçirib.

Ölənlərin sayı və bu hadisənin təfərrüatları barədə dəqiq məlumat yoxdur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir