İordaniyada etirazlar artır; Bir polis məmuru həlak olub

Şənbə 17 Dekabr 2022 - 19:41
https://az.iswnews.com/?p=16597

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İordaniyada etirazların artması ilə eyni vaxtda bu ölkənin cənubunda etirazçılarla toqquşma zamanı yüksək rütbəli polis məmurlarından biri öldürülüb.

Dekabrın 15-də İordaniyada yanacağın qiymətlərinin artırılmasına qarşı etirazların artmasının ardınca Maan vilayəti polisinin rəis müavini Əbdül Rəzzaq Əbdül Hafiz Əl-Dəlabih Maan əyalətində Əl-Hüseyniyyə bölgəsində etirazçılarla toqquşma zamanı başından güllə ilə öldürülüb. İordaniya polisinin məlumatına görə, bu toqquşmalar zamanı daha iki zabit də yaralanıb.

İordaniya polisi elan edib: “Biz cinayətkarların və vandalların bu şəraitdən istifadə edərək vətəndaşların həyatına zərər vurmasına və onlara qarşı terror yaratmasına icazə verməyəcəyik. İctimai həyat və əmlaka hücum etmək, ölkənin və vətəndaşların təhlükəsizliyini təhdid etmək istəyən hər kəslə sərt davranacağıq”.

Qeyd edək ki, yük və ictimai nəqliyyat vasitələrinin sürücüləri maaşların aşağı olmasına və yanacağın kəskin bahalaşmasına etiraz olaraq dekabrın 5-də tətilə başlayıblar. Qısa müddətdən sonra avtobuslar ittifaqı və taksi və nəqliyyat xidmətləri ittifaqı hökumətin nağd subsidiyalar verməyə razı olmasından sonra tətili dayandırmaq qərarına gəliblər. Lakin buna baxmayaraq, Maan, Zarqa, İrbid və digər ərazilərdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edib. İordaniyanın paytaxtı Əmmanda etirazçılar küçələrə çıxaraq hökumət əleyhinə şüarlar səsləndiriblər.

İordaniya hökuməti bu il ölkədə yanacağın qiymətinin artmasının qarşısını almaq üçün artıq 700 milyon dollar xərcləyib. Bu proses davam edərsə və Əmman rəsmiləri böhranı aradan qaldırmasa, bu məsələ etirazların genişlənməsinə səbəb ola bilər və İordaniya Krallığı üçün ciddi problem yarada bilər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir