Əliyevlər ailəsinin narkobiznesi barədə yeni təfərrüatlar
Media vasitələri durmadan İrandan Azərbaycana narkotik keçirilməsi ilə bağlı xəbərlər yayır. Bu məsələ bizdə haqlı olaraq sual yaradır. İrandan Azərbaycana iki kilo kartofu rahat keçirmək mümkün olmadığı halda, tonlarla narkotiki necə keçirirlər?
Hər il beynəlxalq təşkilatların etirafına görə, İran narkotrafiklə mübarizədə yüzlərlə şəhid verir. Hətta BMT narkotrafiklə mübarizəyə görə, İrana təşəkkürnamə göndərib.
İranın Azərbaycandilli əhali yaşayan ərazilərində bir narkobaron edam edilərsə, bu hadisə Azərbaycan mediası tərəfindən cənubi azərbaycanlılara qarşı soyqırım kimi qiymətləndirilir. Amma həmin İran azəriləri Azərbaycanda narkotiklə yaxalanan zaman, heç bir yerli media vasitəsi cənubi azərbaycanlı kəlməsini dilə gətirmir.
Media vasitələrinin fikrincə, bir şəxs İranda narkotiklə yaxalanan zaman “ana dilində məktəb tələb edən siyasi fəal”, Azərbaycanda yaxalanarsa, narkobaron olur.
Azərbaycanın bəzi sərhəd kəndləri sanki “Kolumbiya”-nı xatırladır. Əliyevlər ailəsi həmin sərhəd kəndlərini narkotik istehsal mərkəzinə çevirib. “Patı” kimi məşhur olan sintetik narkotiklər əsasən ölkə daxilində və sərhəd məntəqələrində istehsal olunur. Bu narkotik trafikinə birbaşa Əliyevlər ailəsi nəzarət edir. Ədalət naminə onu da qeyd edək ki, İlham Əliyev İran daxilində də müəyyən bir narkoşəbəkə formalaşdırmağa nail olub. Hətta bu şəbəkə İran daxilində iğtişaşlar zamanı İlham Əliyevin şəklini bəzi şəhərlərdə divarlara yapışdırararaq, onu “prezidentimiz” adlandırdılar.
Məsələnin maraqlı tərəfi budur ki, İlham Əliyevin İrandakı narkomafiyasının üzvləri, İran hüquq mühafizə orqanlarının diqqətini cəlb edərsə, bu şəxslər elə Əliyev killerləri tərəfindən aradan götürülür. Şübhəsiz, bu vəziyyətdə də İrana qarşı əks təbliğat aparılır. Media vasitələri məsələni guya hansısa İran narkoşəbəkəsini ifşa etmiş kimi təqdim edirlər.
Son vaxtlar İlham Əliyevin Albaniyaya artan marağı və bu ölkəyə səfəri diqqətləri cəlb edir. Bəziləri bunu Albaniyada fəaliyyət göstərən “Münafiqlər” qruplaşması və bu qruplaşmanın şiələrə qarşı kiber imkanlarından istifadə istəyi ilə bağlayırlar. Bu iddia doğru olsa da, məsələnin tam həqiqətini əhatə etmir.
Albaniya Avropanın narkotrafik mərkəzidir. İnternetdə yüngül axtarış aparmaqla, bu məsələ barəsində ətraflı məlumat əldə etmək olar.
Bu yaxınlarda ABŞ dövlət departamenti Əliyevlər ailəsinin sistematik narkotik ticarəti ilə məşğul olduğunu bildirən hesabat yayımladı. Məgər indiyə qədər ABŞ, Əliyevlər ailəsinin bu əməllərindən xəbərsiz idimi? Əlbəttə ki, xeyr. ABŞ Dövlət Departamenti gözəl bilirdi ki, Əliyevlər ailəsi Əfqanıstanda narkotik tranziti Amerikanın dördulduzlu generalları ilə razılaşdırılmış şəkildə həyata keçirir.
Sadalayacağımız səbəblərə görə, indiyə qədər ABŞ bu məsələni ictimailəşdirmirdi. Yüzlərlə azərbaycanlı gənc, Əliyevlər ailəsinin Əfqanıstanda olan narkoticarətini mühafizə etmək üçün, sülhməramlı adı altında bu ölkədə fəaliyyət göstərirdi. Məhz buna görə də, Əfqanıstanı ən sonuncu tərk edən ölkələrdən biri Azərbaycan idi. Böyük narkotik anbarını əldən verməmək istəyi, Əliyevi Azərbaycan gənclərinin həyatı ilə oynamağa vadar edirdi. Əliyevlər ailəsi Avropada, Əfqanıstandan gələn böyük narkotik trafikini indiyə qədər Albaniya vasitəsilə əridirdi. Əfqanıstan əldən çıxandan sonra, bu işi davam etdirmək üçün azad olunmuş torpaqlarda böyük narkotik bazası yaratmaq planı işə salınmaq üzrədir. Azərbaycan ərazisindən əldə olunan narkotik təkcə ölkə daxilində daxilində yox, eyni zamanda Avropa bazarlarına çıxarılmalıdır. Buna görə Avropada narkotik ticarətçisi kimi tanınan Albaniya ilə şəxsi dostluq rabitələrini qurmaq İlham Əliyev üçün zəruridir.
Əliyevin bu özbaşnalığı və birbaşa rabitə qurmaq istəyi Amerikanın heç də xoşuna gəlmir. Bu səbəbdən ABŞ Əfqanıstanda İlham Əliyevin narkotik ticarətini indi ictimailəşdirir. Terrorçu qruplaşmalara qanunsuz silah daşınmasından və narkotrafik şəbəkələr yaradaraq bu sahədən külli miqdarda gəlir əldə edən İlham Əliyev, nə qədər qəribə səslənsə də, İranı narkotrafikdə ittiham edir.
Rəy