ABŞ Əl-Qaidə liderlərindən birinin ələ keçirilməsinə görə milyonlarla dollar mükafat təyin edib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ-ın Yəməndəki səfirliyi “Əl-Qaidə” terror qruplaşmasının yüksək rütbəli üzvlərindən biri olan İbrahim Əl-Bənna haqqında etibarlı məlumat verən şəxsə beş milyon dollar mükafat təyin edib.
ABŞ-ın Yəməndəki səfirliyi bəyanat yayaraq, “Əl-Qaidə” terror qruplaşmasının tanınmış liderlərindən biri Əbu Əymən Əl-Misri kimi tanınan İbrahim Əl-Bənna haqqında etibarlı məlumat verən şəxs üçün beş milyon dollar mükafat təyin etdiyini açıqlayıb.
İbrahim Əl-Bənna “Əl-Qaidə” terror qruplaşmasının ən naməlum yüksək səviyyəli liderlərindən biridir, o, Ərəbistan yarımadasında bu qrupun yaradılmasında rol oynamaqla yanaşı, həm də bu qrupun təhlükəsizlik işlərinə məsuldur və bu qrupun rəhbərlərinə və üzvlərinə hərbi və təhlükəsizlik əmrləri verir.
Ərəbistan yarımadasındakı Əl-Qaidə 2009-cu ildə Yəmən və Səudiyyə Ərəbistanında ciddi fəaliyyətə başlayan Əl-Qaidə terror qruplaşmasının bir qoludur. Əli Abdullah Salehin istefası və Əbd-Rəbə Mənsur Hadinin prezidentliyindən sonra bu qrup Yəməndə daha mütəşəkkil hərəkət edərək bəzi məntəqələri tam nəzarətə götürdü, lakin Ənsarullahın Sənaa, Səədə şəhərlərini nəzarət altına almaqda irəliləməsi və… Əl-Qaidənin irəliləməsinin qarşısını aldı və Yəmənin ucqar bölgələrində, o cümlədən şərqi Yəmənin səhralarında, Əl-Bəyda əyalətinin şimalında və bir neçə başqa yerdə qruplaşmanın üzvləri məskən saldı. Bu qrupun Yəmənin istefa vermiş hökumətinin keçmiş prezidenti Əbd-Rəbə Mənsur Hadi, həmçinin istefa vermiş hökumətin keçmiş vitse-prezidenti Əli Möhsün Əhmər və bir neçə digər şəxslə yaxın əlaqələri var.
Rəy