“Patriot” Ukrayna müharibəsinə girəcəkmi?

Cümə axşamı 15 Dekabr 2022 - 22:02
https://az.iswnews.com/?p=16514

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika rəsmiləri “Patriot” hava hücumundan müdafiə sistemini Ukraynaya göndərməyi nəzərdən keçirir və yekun qərarı verməyə hazırlaşır. KİV-in məlumatına görə, bu qərar Rusiyanın sərt reaksiyası ilə üzləşib.

Qərb mediasının, o cümlədən Reuters xəbər agentliyinin və CNN telekanalının iki amerikalı rəsmiyə istinadən yaydığı xəbərə görə, Cozef Bayden administrasiyası “Patriot” hava hücumundan müdafiə sistemini Ukraynaya göndərmək üçün yekun qərar verməyi nəzərdən keçirir. Bu medialar əlavə edib ki, böyük ehtimalla bu qərar yaxın günlərdə açıqlanacaq və ABŞ-ın başqa bir silah və maliyyə yardımı paketi şəklində Ukraynaya təqdim olunacaq.

Bu hesabatın dərcindən sonra Rusiyanın Vaşinqtondakı səfirliyi bu müdafiə sisteminin göndərilməsini, ehtimal ki, görünməmiş nəticələrə səbəb olacaq növbəti təxribatçı hərəkət kimi qiymətləndirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Qərbin Ukraynaya göndərdiyi bütün silahların Rusiya ordusunun qanuni hədəfləri arasında olduğunu açıqlayıb. O bildirib ki, ya o silahları məhv edəcəyik, ya da onlara nəzarət edəcəyik.

Patriot hava hücumundan müdafiə sistemi yüksək qiymətə malik, aerodinamik və ballistik hədəfləri vurmağa qadir olan orta mənzilli sistemdir. ABŞ Ordusu və İsrail rejimi ilə yanaşı, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Misir, İordaniya, Almaniya, Yunanıstan, Hollandiya, İspaniya, Yaponiya və Tayvan da bu sistemin istifadəçiləri sırasındadır.

Daha çox oxuyun: Səudiyyə Ərəbistanı və bahalı Patriot sistemləri!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir