Suriyada baş verən son hadisələr, 14 Dekabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya ordusu Türkiyənin bu ölkənin şimal bölgələrinə mümkün hücumlarına qarşı mövqelərini gücləndirmək məqsədi ilə Hələb vilayətinin şimalında yerləşən Təll-Rəəfət şəhərinə hərbi karvan göndərib.
1- Hələb:
– Dekabrın 12-də Təll-Rəəfət ətrafında kürd silahlı birləşmələrinin mövqeləri Türkiyənin dəstəklədiyi terrorçuların artilleriya hücumlarına məruz qalıb.
– Son günlər Suriya ordusunun 25-ci diviziyasının qüvvələri də daxil olmaqla zirehli və piyada qüvvələri Türkiyə ordusunun bu ölkənin şimal bölgələrinə mümkün hücumlarına qarşı çıxmaq məqsədi ilə Hələb vilayətinə yerləşdirilib.
– Dekabrın 12-də Rusiya qüvvələri Suriyanın Kobani şəhərinin şərq ətraflarında Türkiyə qüvvələrinin iştirakı olmadan patrul xidməti edib. Bu patrul Rusiya və Türkiyə arasında birgə həyata keçirilməli idi, amma nədənsə Türkiyə qüvvələri orada iştirak etməyib.
– Dekabrın 14-də Suriya ordusu Türkiyənin bu ölkənin şimal bölgələrinə mümkün hücumlarına qarşı mövqelərini gücləndirmək məqsədi ilə Hələb vilayətinin şimalında yerləşən Təll-Rəəfət şəhərinə hərbi karvan göndərib.
2- İdlib:
– Dekabrın 11-də İdlibin cənubunda yerləşən Əl-Barə və Kansafra bölgələrindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
– Heyət Təhrir Əl-Şam terrorçuları Suriyanın İdlib əyalətində yerləşən Dadix cəbhəsində Suriya ordusunun mövqelərindən birinə hücumun videosunu yayıb. Bu videodan görünür ki, bu qarşıdurmada Suriya ordusunun bir sıra qüvvələri şəhid olub və atışmaların intensivləşməsi nəticəsində qüvvələrin bir hissəsi geri çəkilib. Heyət Təhrir Əl-Şam terrorçuları itkilərinin sayı barədə məlumat yoxdur.
3- Dəraa:
– Dekabrın 13-də Suriya ordusunun qüvvələrindən biri Casim şəhərində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
– Dekabrın 13-də Dəraa vilayətində yerləşən Ənxəl şəhərində Suriyanın təhlükəsizlik qüvvələrindən biri naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
4- Deyr əz-Zor:
Dekabrın 11-də ABŞ ordusunun Qərbi Asiyadakı terror qərargahı (CENTCOM) Suriyanın şərqində ABŞ qüvvələri tərəfindən İŞİD-in iki cəbhə komandirinin öldürüldüyünü elan edib. Hələlik bununla bağlı ətraflı məlumat verilməyib, lakin bu əməliyyatın Əl-Ömər neft yatağının kənarında yerləşən Əl-Roz kəndində baş verdiyi bildirilir.
5- Rəqqa:
Dekabrın 11-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistralını və Eyn-İsa ətrafını hədəfə alıblar.
6- Həsəkə:
Dekabrın 12-də Türkiyənin dəstəklədiyi terrorçular Təll-Təmər şəhəri ətrafında Suriya Demokratik Qüvvələrinin (SDQ) mövqelərini artilleriya hücumu ilə hədəfə alıb.
7- Dekabrın 12-də Amerika koalisiyasına aid 90-dan çox yük maşını İraq Kürdüstanı sərhədində yerləşən qeyri-qanuni Əl-Vəlid keçidindən Suriyadakı Amerika bazalarına daxil olub.
8- Dekabrın 13-də Suriyadakı Rusiya Barışıq Mərkəzi açıqladı: Terrorçular İdlib bölgəsində 3 dəfə atəşkəs rejimini pozub, bunlardan 1 hadisə İdlib əyaləti, 1 hadisə Hələb əyaləti, 1 hadisə isə Latakiya vilayəti ilə bağlı olub.
Rəy