İraqın İran və Türkiyə ilə sərhəddə hərbi yerləşdirmə planının təfərrüatları

Çərşənbə axşamı 13 Dekabr 2022 - 17:00
https://az.iswnews.com/?p=16427

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq baş nazirinin təhlükəsizlik üzrə müşaviri Kürdüstan bölgəsində İraqın İran və Türkiyə ilə sərhədlərinə sərhədçilərin yerləşdirilməsi ilə əlaqədar yeni planla bağlı açıqlama verib.

Dekabrın 12-də İraq baş nazirinin təhlükəsizlik müşaviri Hüseyn Əllavi Shafaq News mediasına müsahibəsində İraq əsgərlərinin Kürdüstan bölgəsinin İran və Türkiyə ilə ortaq sərhədlərində yerləşdirilməsi planına toxunaraq deyib:

“İraq Birgə Əməliyyat Komandanlığı ilə Kürdüstan Regional Hökuməti arasında sərhəd mühafizə qüvvələrinin sərhəd bölgələrində yerləşdirilməsi, qüvvələrin səlahiyyətləndirilməsi prosesi, yerləşdirilmə yeri, sərhəd keçid məntəqələrinin müəyyən edilməsi, maliyyələşdirmə və tikinti ilə bağlı əməkdaşlıq və koordinasiya mövcuddur”.

Əllavi vurğulayıb:

“Hazırda İraq Daxili İşlər Nazirliyi sərhəd mühafizə qüvvələri vasitəsilə sərhəd məntəqələrinin, nəzarət-buraxılış məntəqələrinin yaradılması, eləcə də Türkiyə, İran və İraq arasında sıfır sərhəd xəttində yerləşən köhnə qərargahların yaradılması üçün marşrutların müəyyənləşdirilməsi istiqamətində tədbirlər görməyə çalışır. Bu tədbirlər İraqda 40 ildir davam edən problemi həll etmək üçün ölkənin İran və Türkiyə tərəfləri ilə beynəlxalq sərhədlərini, eləcə də qonşu dövlətlərlə bütün beynəlxalq sərhədlərini qorumaq üçün həyata keçirilir”.

Onun açıqlamasına görə, İraq sərhəd mühafizə qüvvələri Peşmərgə qüvvələri ilə əməkdaşlıq çərçivəsində İraqın şimal bölgələrində yerləşdiriləcək və bu məsələ İraq hökuməti ilə Kürdüstan bölgəsi arasında İraqın şimal sərhədlərinə nəzarət etmək üçün razılaşmanın bir hissəsidir.

Xatırladaq ki, bu il dekabrın 4-də İraq Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Rəsul İraqın baş naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Məhəmməd Şəyya Əl-Sudaninin Türkiyə və İranın sıfır sərhəd bölgələrinə sərhədçilər tərəfindən nəzarət etmək əmri müvafiq sərəncam imzaladığını açıqlamışdı. General-mayor Yəhya Rəsulun açıqlamasından bir gün sonra İraq sərhədçilərindən ibarət iki briqada lazımi texnika ilə birlikdə İraqın İran və Türkiyə ilə ortaq sərhədlərinə, o cümlədən Kürdüstan bölgəsindəki sərhəd bölgələrinə göndərilib.

Daha çox oxuyun:
İraq Milli Təhlükəsizliyi Şurası İran və Türkiyənin Kürdüstan bölgəsi ilə sərhədləri üçün qərarlar qəbul edib + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir