Məşhəddə “Ceyş Əl-Ədl”in terror əməliyyatı uğursuzluqla nəticələnib

Bazar 11 Dekabr 2022 - 20:28
https://az.iswnews.com/?p=16372

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, “Ceyş Əl-Ədl” kimi tanınan terror qruplaşmasının İranın Məşhəd şəhərində əməliyyatı İslam İnqilabı Keşikçiləri Korpusunun səyləri nəticəsində uğursuzluqla nəticələnib.

Dünən şənbə günü 10 dekabr tarixində Xorasan Rəzəvi əyalətinin İmam Rza Korpusunun (ə) elanına əsasən, Məşhəd şəhərində “Ceyş Əl-Ədl” terror qruplaşmasına bağlı bir sıra şəxslər müəyyən edilərək saxlanılıb. Həmçinin, digər vilayətlərdə əlaqəli şəxslər və onlara dəstək verən ünsürlər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilib.
Bu komanda müxtəlif terror əməliyyatları, o cümlədən Xorasan Rəzəvi əyalətinin rəsmi hökümət binalarına hücum, Höccətül-İslam Vəl Müslimin Məşhədin imam cüməsi Seyid Əhməd Ələmul-Hudanın öldürülməsini nəzərdə tuturdu. Həmin şəxslərin gizləndiyi yerdən çoxlu sayda silah, sursat və partlayıcı maddələr ələ keçirilib.

“Ceyş Əl-Ədl” terror qruplaşması da bəyanat yayaraq, Məşhəddə iki üzvünün həbs olunduğunu təsdiqləyib. Ceyş Əl-Ədl iddia edir ki, onun üzvləri bu sahədə mövcuddur və tezliklə Zahidan şəhidlərinin qanının qisasını alacaq.

“Ceyş Əl-Ədl” terror qruplaşmasının əməliyyatlarının uğursuzluğa düçar olmasının Sistan və Bəlucistanın sünni alimlərindən olan Moləvi Əbdülvahid Riginin öldürülməsi xəbəri ilə üst-üstə düşməsi terror qruplaşmalarının iki məzhəb olan sünni və şiə tərəfdarları arasında ixtilaf yaratmaq üçün birgə planından xəbər verir.

Daha çox oxuyun: Sistan və Bəlucistan əyalətindəki Ceyşül-Ədl qruplaşmasının izləri görsənir

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir