Suriyada baş verən son hadisələr, 11 Dekabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəraa vilayətində son günlər davam edən təhlükəsizlik və məqsədyönlü sui-qəsdlər nəticəsində bu vilayətin müxtəlif bölgələrində 3 Suriya əsgəri naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
1- Hələb:
– Dekabrın 9-da Türkiyənin dəstəklədiyi terrorçular Təll-Rəəfətin cənub-şərqində yerləşən Hərbəl kəndini artilleriya hücumları ilə hədəfə alıblar.
– Dekabrın 11-də Hələbin qərbində yerləşən Kəfərtəal və Kəfərəmə kəndlərindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Dekabrın 11-də Hələb vilayətində yerləşən Afrin və Əzaz şəhərləri üzərində Rusiya ordusunun kəşfiyyat xarakterli dronlarının uçuşu müşahidə edilib.
2- İdlib:
Dekabrın 11-də İdlibin cənubunda yerləşən Kodura bölgəsində terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
3- Dəraa:
– Dekabrın 9-da “Məhəmməd Mahmud Əl-Cənadi” adlı Suriya təhlükəsizlik qüvvələrindən biri Yeni Şəhərdə naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
– Dekabrın 10-da Suriya Ordusunun iki üzvü Nimr-Semlin yolunda naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
4- Deyr əz-Zor:
– Amerika koalisiyası və Suriya Demokratik Qüvvələrinin (SDQ) Əl-Ömər neft yatağının ətrafında yerləşən Əl-Roz qəsəbəsində heliburn əməliyyatı zamanı iki mülki şəxs həlak olub.
– Dekabrın 11-də İŞİD xəbər mənbələri Deyr əz-Zor əyalətinin şərqindəki Əl-Bəsirə bölgəsində yerləşən Əl-Zar kəndində Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus nəzarət-buraxılış məntəqəsini hədəfə aldıqlarını bildirib. Bu qarşıdurmada bir SDQ əsgəri həlak olub.
5- Raqqa:
– Dekabrın 8-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistralını və Eyn-İsa şəhərətrafı ərazilərini hədəfə aldılar.
– Dekabrın 10-da Suriya ordusunun hərbi karvanı Tabqa hərbi hava limanından Eyn İsa şəhərinə göndərilib.
6- Həsəkə:
– Dekabrın 10-da Türkiyənin dəstəklədiyi terrorçular Təll-Təmərin qərbindəki Əl-Kuzliyə kəndində Suriya Demokratik Qüvvələrinin (SDQ) mövqelərini hədəfə alıb.
– Dekabrın 11-də Həsəkənin şimalında yerləşən Təll Əl-Ləbən kəndində kürd silahlı birləşmələrinin mövqeləri Türkiyənin dəstəklədiyi terrorçuların artilleriya hücumlarına məruz qalıb.
7- Dekabrın 10-da Türkiyənin Müdafiə Nazirliyi Suriyanın şimal bölgələrində “Fəhmi Məhəmməd” adlı kürd silahlılarının cəbhə komandirlərindən birinin öldüyünü açıqlayıb. Türkiyə mətbuatının yazdığına görə, o, Afrin Uğrunda Azadlıq qruplaşmasının komandirlərindən biri olub.
8- Dekabrın 10-da ABŞ Dövlət Departamenti Türkiyənin Suriyanın şimal bölgələrinə qarşı hər hansı hərbi əməliyyatına qəti etirazını bildirdi.
Rəy