Heydər Əliyev sənədli filmi efirə verilir + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi SəhərTv-ə istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin birbaşa əmri ilə anti-İslam və anti-İran təbliğat maşınlarının işə salınması nəzərə alınaraq Heydər Əliyev sənədli filmi efirə verilir.
SəhərTv-nin məlumatına əsasən 11 və 12 dekabr tarixlərində Bakı vaxtı ilə saat 22:00-da bu sənədli film SəhərTv televiziya kanalından yayımlanacaq.
Həmçinin qeyd olunması zəruridir ki, bu sənədli film çoxsaylı tamaşaçıların istəyi ilə efirə veriləcək.
SəhərTv-nin bu barədə yayımladığı video reportaj:
SəhərTv həmin sənədli filmin verilmə səbəbini məhz bu cür açıqlamışdır: “SəhərAzəri telekanalı bu sənədli filmin yayımı barədə bir müddət öncə elan vermişdi ancaq Azərbaycan Respublikasında uydurma və əsassız anti-İran təbliğatların dayandırılmasına dəlalət edən siqnallar aldığından bu filmin yayımından vaz keçdi. Ancaq zəhərli təbliğatlar nəinki dayanmadı əksinə daha da sərtləşdirildi belə ki, İrana qarşı ərazi iddiaları səsləndirildi və bu artıq dövlət siyasətinə çevrildi. Hələ bu azmış kimi, Azərbaycan Respublikası hakimiyyəti məlum separatçı ünsürləri İran sərhəddinə gətirərək xüdafərin körpüsü qarşısında onlardan separatçı müsahibələr yaydı, bu körpü İranı parçalamaq üzrə ideanın müəllifləri olan sionist və amerikalı simaların da xatirə şəkli çəkdirmələri üçün təklif edilən yer olmuşdur. Onlar rəsmi Bakının yaşıl çırağı ilə İran sərhəddindən hətta irana barmaq da silkələyirlər”.
Qeyd edək ki, bu sənədli filmdə Əliyevlər ailəsinin xalqdan gizlin qalmış bir çox pərdə arxasındakı məsələləri, hadisələri özləri müşahidə etmiş şəxslər tərəfindən açıqlanır.
SəhərTv-nin bir neçə müddət öncə təqdim etdiyi sənədli filmin tizeri:
Rəy