Talibanın müdafiə naziri BƏƏ şeyxləri ilə görüşə gedib + FOTO

Çərşənbə 7 Dekabr 2022 - 23:02
https://az.iswnews.com/?p=16311

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Talibanın müdafiə naziri Molla Məhəmməd Yaqub Mücahid rəsmi səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri və ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi ilə görüşüb və söhbət edib.

Talibanın müdafiə naziri Molla Məhəmməd Yaqub Mücahid dekabrın 3-də Talibanın nümayəndə heyəti ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib və bu ölkənin prezidenti Şeyx Məhəmməd bin Zayed Aali Nihyan və Dubay Şeyxi Məhəmməd bin Raşid Aali Məktumla görüşüb söhbət edib.

Talibanın sözçüsü Zəbihullah Mücahid bəyan edib ki, BƏƏ rəsmiləri və bu ölkədə yaşayan əfqanlarla görüş və Talibanın Fars körfəzi ölkələri ilə əlaqələrini gücləndirmək bu səfərin əsas məqsədlərindəndir.

Talibanın müdafiə naziri dekabrın 7-də ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uestlə də görüşüb və Əfqanıstandakı son vəziyyəti müzakirə edib. Bu səfərlə eyni vaxtda Əfqanıstanın keçmiş prezidenti Hamid Kərzai də bir illik məhdudiyyətlərdən sonra BƏƏ-də olub və Tomas Uestlə görüşüb. Bu görüşlərin təfərrüatları və əsl mahiyyəti açıqlanmamasına baxmayaraq, görünən odur ki, Taliban və Kərzai arasında Əmirlik və ABŞ-ın xüsusi nümayəndəsi ilə görüşün mühüm məqsədləri olub.

Qeyd edək ki, BƏƏ 1970-ci illərdə Talibanın keçmiş hökumətini tanıyan və onlarla geniş əlaqələri olan 3 ölkədən biridir. Əmirliklərlə münasibətlərin yenilənməsi Talibanın tanınması üçün bir il ərzində beynəlxalq dəstək qazana bilməməsinin nəticəsidir. Bu istiqamətdə Taliban ümumi hökumətin qurulması, əfqan mühacirlərinin vəziyyəti, terrorçu qruplarla əlaqə və narkotiklərin hədsiz istehsalı kimi problemlərlə üz-üzədir.
Ona görə də Qərb ölkələri və beynəlxalq qurumlarla, eləcə də sionist lobbilərlə geniş əlaqələri olan BƏƏ ilə əlaqələr onların siyasi problemlərini həll edə bilər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir