İraqda baş verən son hadisələr, 7 Dekabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Həşd-Şəəbi Təşkilatının 12-ci Briqadasının qüvvələri Bağdadın şimalında yerləşən Tarimiyyədəki “Əlbu Zəbar” və “Əl-Vaviyyə” bölgələrində İŞİD ünsürlərini təqib edərək həbs etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.
1- Əl-Ənbar:
Dekabrın 5-də Həşd-Şəəbi Təşkilatının 27-ci briqadasının qüvvələri Əl-Ənbar vilayətində yerləşən Əl-Kərmə şəhərində İŞİD terror qruplaşmasının media rəsmilərindən birini həbs edib.
2- Neynəva:
Dekabrın 4-də Türkiyə ordusunun Mosulun şimalında yerləşən Zelkan bölgəsindəki Bəəşiqə hərbi bazası 8 “Qrad” raketi ilə hədəfə alınıb. Hələlik heç bir qruplaşma bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.
– Dekabrın 3-də Türkiyə ordusunun Mosulun şimalında yerləşən Zelkan bölgəsindəki Bəəşiqə hərbi bazası 4 “Qrad” raketi ilə hədəfə alınıb. “Əhrar Əl-İraq” İslami müqavimət dəstəsi bəyanat yayaraq bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
3- Bağdad:
– Dekabrın 6-da Həşd-Şəəbi Təşkilatının 12-ci Briqadasının qüvvələri Bağdadın şimalında yerləşən Tarimiyyə şəhərinin “Əlbu Zəbar” və “Əl-Vaviyyə” bölgələrində İŞİD ünsürlərini təqib etmək və həbs etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.
– Dekabrın 2-də Almaniya səfiri İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudani ilə görüşüb və ona Almaniyaya səfərə dəvətnamə təqdim edib. Əl-Sudani ən qısa zamanda Almaniyaya səfər edəcəyinə söz verib.
4- Səlahəddin:
Dekabrın 7-də Həşd-Şəəbi təşkilatının qüvvələri İŞİD ünsürlərinin Bici şəhərinin cənubundakı Əlbu-Təəmə kəndinə hücumunu dəf edib. Hələlik bu hücum nəticəsində itkilərin və dəyən ziyanların dəqiq miqdarı barədə heç bir məlumat dərc olunmayıb.
5- Dekabrın 4-də İraq Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Rəsul bildirib ki, İraq Silahlı Qüvvələrinin Baş naziri və Baş Komandanı Məhəmməd Şəyya Əl-Sudani İraqın Türkiyə və İranla sərhəd zonalarına İraq sərhədçiləri tərəfindən nəzarət etmək üçün əmr verib. Rəsulun açıqlamasına görə, Əl-Sudaninin bu əmrinin məqsədi İran və Türkiyə silahlı qüvvələri arasında terror qruplaşmaları ilə hücumlara və qarşılıqlı qarşıdurmaya son qoymaqdır.
6- Dekabrın 5-də türk əsgərlərindən birinin ölüm xəbəri yayıldı. Türkiyə mətbuatının verdiyi xəbərə əsasən, o, İraqın şimalında dron partlaması nəticəsində yaralanıb və aldığı xəsarətlərin ağırlığı səbəbindən tibb mərkəzinə aparıldıqdan sonra dünyasını dəyişib.
7- Dekabrın 5-də və İraq Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Rəsulun İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudaninin İran və Türkiyə ilə ümumi sərhədlərə nəzarət etmək əmri verdiyini elan etməsindən bir gün sonra İraq hərbçiləri tərəfindən ölkənin sərhəd mühafizə qüvvələrinin iki briqadası lazımi texnika ilə birlikdə İraqın İran və Türkiyə ilə ümumi sərhədlərinə, o cümlədən Kürdüstan bölgəsindəki sərhəd bölgələrinə göndərilib.
Rəy