Orta Asiyada baş verən son hadisələr, 6 Dekabr 2022

Çərşənbə axşamı 6 Dekabr 2022 - 23:53
https://az.iswnews.com/?p=16269

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail rejiminin Özbəkistandakı səfiri Zehavit Ben Hillel Daşkənd Beynəlxalq Turizm Sərgisi 2022-yə səfəri zamanı Tacikistanın turizm məsələləri haqqında Turizmin İnkişafı Komitəsinin rəhbəri Tacuddin Curezadə ilə görüşüb və söhbət edib.

Əfqanıstan:
1- Nəngərhar:
Dekabrın 6-da Cəlalabad valyuta bazarında bombanın partlaması nəticəsində azı 6 nəfər xəsarət alıb. Heç bir şəxs və ya qrup bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

2- Kabil:
– Dekabrın 1-də Talibanın baş naziri Molla Məhəmməd Həsən Axund Əli Bamianinin göstərişi ilə şiə ağsaqqallarından birini Talibanın Şəhərsalma və Mənzil Təsərrüfatı Nazirliyində şəhər işləri üzrə müavini vəzifəsinə təyin etdi.
– Dekabrın 1-də Taliban İnformasiya və Mədəniyyət Nazirliyinin əməkdaşları Əfqanıstanda fitnə törətmək səbəbi ilə “Amerikanın səsi” və “Azadlıq” radiolarının fəaliyyətini dayandırıblar.
– Dekabrın 6-da Taliban hərəkatının sözçüsü Zəbihullah Mücahid Pakistanın Kabildəki səfirliyinə silahlı hücumun icraçısının həbs edildiyini açıqlayıb. Mücahidin ifadələrinə görə, bu şəxs xarici ölkə vətəndaşıdır və İŞİD terror qruplaşmasının üzvüdür. (Daha ətraflı)

3- Qəndəhar:
Noyabrın 29-da Qəndəhar şəhərinin Xajak Babai məhəlləsində Əfqanıstan Azadlıq Cəbhəsi qüvvələrinin Taliban silahlılarını daşıyan avtomobili atəşə tutması nəticəsində Taliban silahlılarından biri öldürülüb, ikisi isə yaralanıb.

4- Xost:
Dekabrın 1-də Taliban Dövlət Təhlükəsizliyi Xidməti qüvvələri Xost şəhərinin Kundi məhəlləsində dronun Pakistana qaçaqmalçılığının qarşısını alıb və qaçaqmalçılıq cinayətinə görə üç nəfəri həbs edib.

5- Bəlx:
– Dekabrın 1-də Taliban silahlıları Dehdadi şəhərinin Kod Barq məhəlləsinin sakinlərindən 400 ailənin məcburi təxliyəsinə göstəriş veriblər. Bu şəxslərin əksəriyyəti keçmiş dövlət işçiləridir.
– Dekabrın 6-da Məzari-Şərifin Seyid Abad kəsişməsində Harayatan sərhəd-keçid məntəqəsinin əməkdaşlarını daşıyan avtobusun yolunda partladılması nəticəsində 8 nəfər ölüb, 10-dan çox insan yaralanıb.

6- Dekabrın 2-də İŞİD xəbər mənbələri Əfqanıstanda bu qrupun üzvlərinin İŞİD-in yeni xəlifəsi Əbul Hüseyn Əl-Hüseyni Əl-Qurəşi ilə beyətinin şəkillərini dərc edib.

Tacikistan:
1- Düşənbə:
Noyabrın 29-da Düşənbənin “Hyatt Regency” hotelində “Herat Təhlükəsizlik Dialoqları”nın 10-cu iclası keçirilib. Bu görüşdə Tacikistan, Amerika və Əhməd Məsud nümayəndələri iştirak edib.
2- Noyabrın 30-da Amerikanın Tacikistandakı səfiri “John Mark Pomerşeym” bu ölkədəki missiyası başa çatmamışdan öncə Tacikistanın xarici işlər naziri “Seracuddin Mehreddin” ilə görüşüb ikitərəfli məsələləri müzakirə edib. Qeyd edək ki, Pomerşeym rəhbərliyi dövründə ABŞ-ın köməyi ilə Əfqanıstan sərhədlərində Tacikistan bazaları (Tacikistanda) yaradılıb və təchiz edilib, amerikalı müşavirlərə bağlı qeyri-hökumət təşkilatlarının fəaliyyəti genişlənib.
3- İsrail rejiminin Özbəkistandakı səfiri Zehavit Ben Hillel Daşkənd Beynəlxalq Turizm Sərgisi 2022-yə səfəri zamanı Tacikistanın turizmin inkişafı komitəsinin rəhbəri Tacuddin Curezadə ilə görüşüb söhbət edib. Tvitter mesajında ​​o, İsrailli turistlərin bu ölkəyə səyahət etmələri üçün imkanların yaradılması ilə bağlı Curezadə ilə məhsuldar söhbətindən bəhs edib. Qeyd edək ki, turizm məsələsi sionist təşkilatların casuslarının başqa ölkələrdə sızması və fəaliyyəti üçün münasib bəhanələrdən biridir. Bu baxımdan, son illərdə sionist təşkilatları Tacikistan və Əfqanıstan kimi İranın ətrafındakı ölkələrdən farsdilli qüvvələri cəlb etmək üçün bir çox tədbirlər görüblər.

Pakistan:
1- Hayber-Paxtunxva:
– Noyabrın 28-də Cənubi Vəziristan bölgəsində yerləşən Tehsil Makin kəndində Pakistan ordusunun karvanına Təhrik-e-Taliban Pakistan (TTP) yaraqlılarının hücumu nəticəsində iki pakistanlı əsgər həlak olub, daha biri yaralanıb.
– Dekabrın 1-də Şimali Vəziristanın Şiva bölgəsində Tehreek-e-Taliban Pakistan (TTP) ilə Pakistan ordusu qüvvələri arasında toqquşma nəticəsində “Təhrik-e-Taliban” yaraqlılarından biri və “Havaldar Furoş Xan” adlı pakistanlı əsgər öldürülüb.

2- Noyabrın 28-də Təhrik-e-Taliban Pakistan (TTP) bir bəyannamə dərc edərək ölkə ordusu ilə atəşkəsi ləğv etdi. “Təhrik-e-Taliban Pakistan”ın bəyanatında deyilir: “Biz bacardıqımız üədər səbr etdik ki, danışıqlar prosesi aradan getməsin, lakin Pakistan ordusu və kəşfiyyat təşkilatı hücumlarını dayandırmadı; Ona görə də indi bizim cavab hücumlarımız da bütün ölkə ərazisində başlayacaq”.

3- Noyabrın 28-də Pakistan Ordusunun Baş Qərargah rəisi general Seyid Asim Munir Bəhavalpur Korpusunun komandiri general Faiz Həmidin istefasını qəbul edib. General “Faiz Həmid” Pakistan Ordusu Kəşfiyyat Təşkilatının (İŞİ) keçmiş rəhbəri və bu ölkənin keçmiş baş naziri İmran Xana yaxın hərbçilərdən biridir.

4- Noyabrın 30-da Bəlucistan əyalətinin Kvetta şəhərində Pakistan polis qüvvələrini daşıyan mikroavtobusun yolunda baş verən partlayış nəticəsində biri polis məmuru olmaqla 3 nəfər ölüb, 20-dən çox adam yaralanıb. Bəzi yerli mənbələr partlayışı kamikadzenin polis mikroavtobusu ilə toqquşması ilə əlaqələndirib. Təhrik-e-Taliban Pakistan bu terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

5- Bəluc Azadlıq Ordusunun (BLA) xəbər mənbələrinə görə, bu qruplaşmanın ünsürləri dekabrın 1-də Bəlucistanın Pəncqur bölgəsində Pakistan ordusunun hərbi postuna bir neçə qumbaraatanla hücum edib. Bu hücum nəticəsində iki pakistanlı əsgər yaralanıb.
Həmçinin bu qruplaşmanın ünsürlərinin Bəlucistan əyalətinin Xuzdar bölgəsində Pakistan ordusunun hərbi postuna hücumu nəticəsində Pakistan ordusunun 4 əsgəri yaralanıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir