Fələstində baş verən son hadisələr, 6 Dekabr 2022

Çərşənbə axşamı 6 Dekabr 2022 - 21:47
https://az.iswnews.com/?p=16264

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerikanın Təl-Əvivdəki səfiri Tomas Nides sionist rejimin yeni nazirlər kabinetinin formalaşdırılmasına məsul olan “Likud” partiyasının lideri Benyamin Netanyahu ilə görüşüb və onunla söhbət edib.

– Dekabrın 3-də Argentinanın paytaxtı Buenos-Ayresin onlarla sakini İsrail səfirliyi qarşısında nümayiş keçirərək Fələstin xalqı ilə həmrəylik elan edib.
– Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İtaliyanın paytaxtı Romada keçirilən 8-ci Aralıq dənizi Dialoq Forumunda deyib: Sionist rejim Ankaranın Fələstin məsələsində mövqeyinin sabit olduğunu və heç vaxt dəyişməyəcəyini bilir.
– Avropa Birliyi son günlərdə İordan çayının qərb sahilində çoxlu sayda fələstinlinin şəhid olmasına cavab olaraq İordan çayının qərb sahilində və Qüdsdə gərginlik və zorakılığın artmasının çox narahatlıq doğurduğunu vurğulayıb.
– Dekabrın 3-də Fələstin müqavimət dəstələri sionistlərin Qəzza yaxınlığında yerləşən Nahil-Uz qəsəbəsini raket hücumu ilə hədəfə aldılar. Bir neçə saat sonra bu hücuma cavab olaraq sionist rejimin hərbi aviasiyası Rəfəh keçidinin şərqindəki kənd təsərrüfatı ərazisi olan Xan Yunisin qərbində HƏMAS hərəkatının hərbi qanadı olan Kətaib Əl-Qəssama məxsus Qadisiyyə bazasına və Qəzza zolağının cənubunda yerləşən Xan Yunisin şərqində yerləşən Fələstin müqavimətinə aid müşahidə qülləsinə hücum edib. Bu hücumlarda itki olmayıb.
– Dekabrın 4-də İsrail rejiminin prezidenti İshaq Hersoq Bəhreynin xarici işlər naziri Əbdül Lətif Bin Raşid Əl-Ziyani tərəfindən qarşılanıb və bu ölkənin paytaxtı Manamaya səfər edərək Bəhreyn kralı Həməd Bin İsa Aali-Xəlifə ilə görüşüb söhbət edib.
– Dekabrın 5-də İsrail polis qüvvələrinin dəstəyi ilə onlarla yəhudi mühacir Əl-Əqsa məscidinə basqın edib.
– Dekabrın 5-də İsrailin prezidenti İshaq Hersoq Əbu-Dabiyə səfər etdikdən sonra BƏƏ xarici işlər naziri Abdullah Bin Zayed Aali-Nihyanla görüşüb və müzakirələr aparıb.

– Dekabrın 5-də Amerikanın Təl-Əvivdəki səfiri Tomas Nides sionist rejimin yeni kabinetinin formalaşdırılmasına məsul olan Likud partiyasının lideri Benyamin Netanyahu ilə görüşüb. İsrail ordusu radiosunun məlumatına görə, bu görüş bir neçə saat davam edib.
– Dekabrın 5-də İsrail rejimi əsgərlərinin Cənin şəhərinin Əl-Hədəf məhəlləsinə hücumundan sonra onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli silahlı qarşıdurma baş verdi. Bu qarşıdurma ilə eyni vaxtda sionist rejim əsgərləri Fələstin İslami Cihad hərəkatının liderlərindən Şeyx Bəssam Əs-Səədinin oğlu Yəhya Əs-Səədini Cənin düşərgəsində əsir götürdülər və bu hərəkətdən sonra Cənin düşərgəsindən tamamilə geri çəkildilər.

Daha ətraflı: İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 5 Dekabr 2022

– Dekabrın 5-də İsrail əsgərləri Ən-Nəqb səhrasındakı fələstinlilər yaşayan Əl-Əraqib kəndini ardıcıl olaraq, 210-cu dəfə məhv etdilər.
– Dekabrın 6-da sionist mühacirlər Sələfit məntəqəsinin Qaravə Bəni Həssan kəndinə hücum edərək fələstinlilərin zeytun bağlarına çoxlu ziyan vurdular.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir