Rus Tupolevləri Ukrayna şəhərlərinə raketlər yağdırıblar + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya ordusuna məxsus Tupolev 22 strateji bombardmançı və sualtı qayıqları onlarla qanadlı raketdən istifadə edərək müxtəlif şəhərlərdə Ukraynanın enerji strukturlarına kütləvi hücum ediblər.
Dekabrın 5-də günortadan sonra Rusiya ordusu Tupolev 22 strateji bombardmançı təyyarəsi və Qara dənizdə yerləşən sualtı qayıqlardan istifadə edərək onlarca X-101, X-55 və X-22 qanadlı raketləri ilə, Kiyev, Odessa, Dnepropetrovsk, Zaporojye, Sami, Poltava, Xarkov, Vinnitsa, Nikolayev, Kriviyre, Xmelnitski, Xerson, Çerkassı, Kremençuq, Krupionitski və… şəhərlərindəki enerji strukturları və müxtəlif mövqeləri şiddətli atəşə tutub.
Bu hücumlar nəticəsində Ukraynanın bəzi şəhərlərində, o cümlədən Odessa, Sami, Çerkassı və s.-də elektrik və su kəsilib. Həmçinin Zaporojya və Çerkassı şəhərlərindəki bəzi Ukrayna mənbələri kamikadze dronların səsinin eşidildiyini bildirsələr də, indiyədək bu drondan rusların istifadəsini sübut edən heç bir şəkil və ya video yayımlanmayıb.
Rusiya Müdafiə Nazirliyinin hesabatına görə, Rusiya ordusunun əməliyyatı bu gün günortadan sonra Moskva vaxtı ilə saat 15:00-da Ukrayna dronlarının Ryazan vilayətinin Diaqilev hərbi hava limanına və Saratov vilayətinin Engels hava limanına hücumuna cavab olaraq həyata keçirilib. Bu əməliyyatda Rusiya ordusu Qara dənizdə yerləşən strateji bombardmançı və sualtı qayıqlarla Ukrayna müdafiə kompleksinin komanda-idarə otağı və obyektləri, rabitə mərkəzləri, elektrik stansiyaları və Ukraynanın hərbi hissələri də daxil olmaqla 17 hədəfə hücum edib.
Rusiya ordusunun Ukrayna şəhərlərinə raket hücumları ilə eyni vaxtda Moldova mətbuatı Moldovanın şimalında yerləşən sərhədyanı Brixen vilayətində raketin düşməsi barədə məlumat yayıb. Şəkildəki qalıqlar Ukrayna ordusuna məxsus S-300 müdafiə sistemi raketinin bir hissəsidir.
Daha çox oxuyun: Ukrayna Saratov və Ryazana kamikadze dronlarla zərbələr endirib + VIDEO
Rəy