Ukrayna Saratov və Ryazana kamikadze dronlarla zərbələr endirib + VIDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ukrayna ordusu Rusiya torpaqlarının dərinliklərində Ryazan vilayətinin Diaqilev hərbi hava limanına və Saratov vilayətinin Engels hava limanına bir neçə kamikadze dronu ilə hücum edib.
Dekabrın 5-də səhər saatlarında Rusiya mənbələri Ryazan vilayətinin Diaqilev hərbi hava limanında və Saratov vilayətinin Engels hava limanında bir neçə partlayışın baş verdiyini bildiriblər. Bu partlayışlar Ukrayna dronlarının bu hava limanlarındakı hədəfləri vurması nəticəsində baş verib.
Rusiya Müdafiə Nazirliyinin hesabatına görə, Rusiya Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri Ukraynaya məxsus dronları təqib edə bilib, lakin onlardan bir neçəsinin Diaqilev aviabazasına düşməsi və partlaması 3 təyyarəyə aid texniki qulluqçunun həlak olması və 2 təyyarəyə cüzi ziyan vurması ilə nəticələnib. Həmçinin, daha 4 nəfər yaralanıb və müalicə üçün xəstəxanaya aparılıb. Rusiya Müdafiə Nazirliyi iddia edir ki, ukraynalılar bu hücumda Sovet istehsalı olan dronlardan istifadə ediblər. Bu məlumatlara görə, eləcə də adı çəkilən hava limanları ilə Ukrayna ərazisi arasındakı məsafəyə görə, bu hücumda ukraynalıların 1000 km məsafə qət edə biləcəyi iddia edilən Tupolev 141 (Tu-141) dronlarından istifadə etməsi mümkündür.
Qeyd edək ki, Ryazandakı Diaqilev aviabazası Tupolev 22 (Tu-22) strateji bombardmançılarının, Saratovdakı Engels aviabazası isə Tupolev 95 (Tu-95) və Tupolev 160 (Tu-160) strateji bombardmançılarının yerləşdiyi yerdir və Ukraynadakı geniş raket əməliyyatlarının əksəriyyətinin mənşəyidir. Bu hücum Ukraynanın müharibə başlayandan bəri Rusiya ərazisinin dərinliklərinə endirdiyi ən ciddi hücum sayıla bilər və Rusiyanın strateji texnikasının hədəfə alınmasına qarşı hansı tədbirləri görəcəyi gələcəkdə məlum olacaq.
Rəy