İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 5 Dekabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail ordusunun qüvvələri Cənin düşərgəsinə hücum etdikdən sonra Fələstin müqavimət qüvvələri ilə şiddətli silahlı qarşıdurmaya girib.
Dekabrın 5-də İsrail rejimi əsgərlərinin Cənin şəhərinin Əl-Hədəf məhəlləsinə hücumundan sonra onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli silahlı qarşıdurma yaşanıb.
Bu qarşıdurma ilə eyni vaxtda sionist rejim əsgərləri Fələstin İslami Cihad hərəkatının liderlərindən Şeyx Bəssam Əs-Sədinin oğlu Yəhya Əs-Sədini Cənin düşərgəsində əsir götürdülər və bu hərəkətdən sonra Cənin düşərgəsindən tamamilə geri çəkildilər.
Daha ətraflı: Sionistlərin Cənin düşərgəsinə hücumu; İslami Cihad Hərəkatının yüksək rütbəli komandiri həbs edilib + VİDEO və FOTO
Cəninlə yanaşı, İsrail əsgərləri həmçinin İordan çayının qərb sahilində yerləşən Əl-Dahişeh düşərgəsinə hücum edib və bu zaman “Ömər Mənna” adlı fələstinli gənc şəhid olub, 6 nəfər yaralanıb.
Qeyd edək ki, yuxarıda qeyd olunan iki əməliyyatla yanaşı, son 24 saat ərzində bir sıra təhlükəsizlik əməliyyatları zamanı İsrail rejimi qüvvələri İordan çayının qərb sahilində anti-İsrail əməliyyatlarına cəhd ittihamı ilə ən azı 14 fələstinlini həbs edib.
Rəy