ABŞ ordusu Məribin şimalında bir evə dronla hücum edib

Cümə axşamı 1 Dekabr 2022 - 19:58
https://az.iswnews.com/?p=16115

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika terror ordusunun Yəmənin Mərib şəhərinin şimal-şərqindəki bir evə dron ilə hücumu 8 nəfərin ölümü və yaralanması ilə nəticələnib.

Mərib şəhərindəki yerli mənbələr noyabrın 30-da səhər saatlarında bu şəhərin şimal-şərqində yerləşən Əl-Hədbə məntəqəsində partlayışın baş verdiyini bildiriblər. Səudiyyə koalisiyasına aid bəzi mənbələr bu partlayışın səbəbini İslah Partiyasının Həmud Əl-Dəveyl adlı tərəfdarlarından birinin evində Əl-Qaidə üzvlərinin toplaşdığı yerə ABŞ ordusunun dron hücumu olaraq izah ediblər.

Bu hava hücumu nəticəsində bəzi mülki şəxslər də daxil olmaqla 8 nəfər ölüb və yaralanıb, həmçinin Əl-Hədbə məntəqəsində bir neçə yaşayış evində yanğın baş verib.

Ənsarullahın Yəmənin mərkəzi cəbhəsində ildırım sürəti ilə irəliləməsindən sonra Səudiyyə koalisiyası “İslah” partiyasının hərbi komandirlərinin vasitəçiliyi ilə “Əl-Qaidə” terror qruplaşmasının üzvlərini Mərib cəbhələrinə köçürüb. Bu şəxslər Cəbəl-Hilan, Cəbəl-Muxəddərə, Kufil bazası, Əl-Bələq yüksəklikləri və s. döyüşlərdə Ənsarullahın hücumlarına qarşı güclü müqavimət göstərdilər, lakin sonda məğlub olaraq Əl-Bəyda vilayətindəki başqa cəbhələrə köçürüldülər. Ənsarullahın Əl-Bəyda vilayətinin şimal rayonlarını azad etməsi ilə yenidən Əl-Qaidə üzvləri Məribə qayıdıb bu şəhərdə məskunlaşıblar. Qeyd edək ki, İslah Partiyası ilə istefa vermiş Yəmən hökumətinin qüvvələri arasında yaranan gərginlik bəzi Əl-Qaidə üzvlərinin kimliyinin ifşa olunmasına və ABŞ-ın bu bölgələrə dron hücumlarının artmasına səbəb olub.

Daha çox oxuyun: 2021-ci ildə Yəmən cəbhələrindəki son dəyişikliklər + Xəritə

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir