İraqın Baş naziri İnqilab Rəhbəri ilə görüşüb + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın baş naziri və onu müşayiət edən nümayəndə heyəti İslam İnqilabının Ali Rəhbəri İmam Xamenei ilə görüşüb və söhbət edib.
İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudani mədəni-tarixi mərkəz olan Səədabad sarayında İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşdükdən sonra dünən 29 noyabr tarixində günortadan sonra İslam İnqilabının Ali Rəhbəri İmam Xamenei ilə görüşüb və onunla söhbət edib.
İmam Xamenei bu görüşdə vurğuladı:
“İraqın tərəqqisi və yüksək və həqiqi mövqeyinə çatması İslam Respublikasının maraqlarına uyğundur və biz inanırıq ki, Zati-aliləri, İraqın işlərini və kommunikasiyalarını inkişaf etdirmək və bu ölkəni müstəqil mövqe dövlətə və layiq sivilizasiyası və tarixinə çatdırmaq qabiliyyətinə malik bir şəxssiniz”.
İslam İnqilabının Rəhbəri Şəyya Əl-Sudaninin İraqın baş naziri seçilməsi münasibətilə təbrik edərək, onu imanlı və bacarıqlı bir şəxs adlandırıb və onun İraq hökumətinin başçısı təyin olunmasını sevinc mənbəyi olduğunu bildirib.
Ayətullah Xamenei İraqı təbii və insan resursları, mədəni, tarixi və sivilizasiya baxımından regionun ən yaxşı ərəb ölkəsi hesab edib və deyib:
“Təəssüf ki, belə bir keçmişə sahib ölkə olan İraq, hələ də öz yüksək və həqiqi mövqeyinə çata bilməyib və ümid edilir ki, Zati-alilərinin iştirakı ilə İraq tərəqqiyə və öz həqiqi mövqeyinə nail olacaq”.
O, İraqın öz real mövqeyinə çatması üçün əsas zərurətlərdən birini, İraq daxilindəki qruplaşmaların müştərək və birliyini sadaladı və əlavə etdi: Bu irəliləyiş üçün digər bir amil gənc və motivasiyalı İraq qüvvələrinin maksimum istifadəsidir.
İnqilab Rəhbəri İraqın baş nazirinin konstitusiyaya əsasən, heç bir tərəfə İranın təhlükəsizliyini pozmaq üçün İraq torpaqlarından istifadə etməsinə icazə verməyəcəkləri barədə sözlərinə işarə edərək dedi:
“Təəssüf ki, bu, hazırda İraqın bəzi bölgələrində baş verir və yeganə həll yolu İraq mərkəzi hökumətinin öz səlahiyyətlərini həmin ərazilərə də genişləndirməsidir. Təbii ki, İraqın təhlükəsizliyinə baxışımız ondan ibarətdir ki, hər hansı bir tərəf İraqın təhlükəsizliyini pozmaq niyyətində olsa, biz onun qarşısında sinəmizi sipər edib, İraqı qoruyacağıq. İran təhlükəsizliyi İraqın təhlükəsizliyi oldu kimi, İraqın təhlükəsizliyi də İranın təhlükəsizliyidir”.
İran prezidenti Höccətül-İslam Vəl-Müslimin Rəisinin də iştirak etdiyi bu görüşdə İraqın baş naziri Şəyya Əl-Sudani İran və İraq arasındakı strateji və tarixi əlaqələrə işarə edərək dedi:
“İran və İraqın bir yerdə olmasının bariz nümunəsi İŞİD-lə mübarizə idi, o zaman iranlıların və iraqlıların qanı bir səngərdə birləşdi. İran və İraqın təhlükəsizliyi bir-birindən ayrı deyil və konstitusiyaya görə, biz heç bir tərəfin İraq torpaqlarından təhlükəsizliyi pozmaq üçün istifadə etməsinə icazə verməyəcəyik”.
O, şəhidlər Sərdar Süleymani və Əbu Mehdi Əl-Mühəndisin xatirəsini ehtiramla yad edərək, bu iki nəcib şəhidi iki İran və İraq xalqının bir yerdə olmasının daha bir nümunəsi hesab edib.
Xatırladaq ki, dünən səhər (çərşənbə axşamı) İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudani yüksək səviyyəli nümayəndə heyətinin başında İran İslam Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşmək üçün Tehrana səfər etmişdir.
Daha çox oxuyun: Əl-Sudani Tehrana səfər edib; İraqın baş naziri İranın prezidenti ilə görüşüb + FOTO
Rəy