İordan çayının qərb sahilində üç fələstinli şəhid olub + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim əsgərlərinin İordan çayının qərb sahilində yerləşən Beyt Əmr və Kəfr Eyn qəsəbələrinə hücumu zamanı üç fələstinli gənc şəhid olub.
Noyabrın 28-də axşam saatlarında İsrail əsgərləri Əl-Xəlilin şimalındakı Beyt Əmr qəsəbəsinə hücum edib, bu zaman “Müfid Əxlil” adlı fələstinli şəhid olub, 10 nəfər yaralanıb.
Bu hadisədən saatlar sonra Fələstin Səhiyyə Nazirliyi İsrail rejimi əsgərlərinin Ramallahın şimal-qərbindəki Kəfr Eyn qəsəbəsinə hücumundan sonra “Cavad və Zəfər Əbdül Rəhman Rimavi” adlı iki fələstinli qardaşın şəhid olduğunu açıqlayıb.
Fələstin HƏMAS hərəkatının sözçüsü Hazim Qasim İordan çayının qərb sahilində üç fələstinli gəncin şəhid olmasına reaksiya verib:
“Sionist işğalçılar Fələstin xalqının öz torpaqlarını geri almaq üçün və əldən getmiş azadlıq və izzətlərini qətl və sui-qəsd əməliyyatları ilə əldə etmək üçün qanuni mübarizəsinin qarşısını almaq istəyirlər, halbuki bu qanlar Fələstin xalqının qiyamını və inqilabını əvvəlkindən daha güclü edəcək. ”
Ramallah və Əl-Birə şəhərlərindəki bəzi siyasi və dini cərəyanlar da sionist rejimin bu cinayətinə cavab olaraq İordan çayının qərb sahilinin bu iki şəhərində aclıq aksiyasına başladıqlarını elan ediblər.
Üç fələstinli gəncin İsrail rejimi əsgərləri tərəfindən şəhid edilməsini nəzərə alsaq, Fələstin müqavimət qüvvələrinin bu cinayətə cavab olaraq İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirəcəyi ehtimal edilir.
Rəy