İraqın şimalında türk əsgəri həlak olub

Çərşənbə 30 Noyabr 2022 - 10:40
https://az.iswnews.com/?p=16017

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha bir əsgərinin həlak olduğunu açıqlayıb.

Noyabrın 28-də türk əsgərlərindən birinin ölüm xəbəri yayılıb. Türkiyə mətbuatının məlumatına görə, bu əsgər İraqın şimalında kürd silahlıları ilə toqquşma zamanı yaralanıb və aldığı xəsarətlər ağır olduğundan tibb mərkəzinə aparıldıqdan sonra dünyasını dəyişib. Bu türk əsgərinin ölümü ilə Türkiyə ordusunun “Qıfıl Pəncəsi” əməliyyatında verdiyi itkilərin sayı 68 nəfərə yüksəlib.

Həmçinin, bu il noyabrın 26-da Türkiyənin Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı 4 əsgərinin həlak olduğunu açıqlamışdır.

Daha çox oxuyun: İraqın şimalında 4 türk əsgəri həlak olub + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir