Qazaxıstanın paytaxtında 19-cu Astana Beynəlxalq Toplantısı keçirilib

Cümə 25 Noyabr 2022 - 23:49
https://az.iswnews.com/?p=15885

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikası, Rusiya, Suriya və Türkiyə nümayəndələri Qazaxıstanın paytaxtında keçirilən 19-cu Astana iclasının sonunda Suriyanın şimalında bütün mövcud razılaşmaların tam şəkildə həyata keçirilməsinin vacibliyini və bu ölkənin milli suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar.

Noyabrın 23-də İran İslam Respublikası, Rusiya, Türkiyə və Suriya Qazaxıstanın ev sahibliyi etdiyi Suriya üzrə 19-cu Astana Beynəlxalq Toplantısının sonunda bəyanat yayaraq, Suriyanın şimalında bütün mövcud razılaşmaların tam şəkildə həyata keçirilməsinin zəruriliyini vurğuladılar və bu ölkənin şimalında yerləşən İdlib vilayətindəki gərgin vəziyyət haqda danışıqlar apardılar.

Bu ölkələr bir daha Suriyanın milli suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumağa sadiq olduqlarını bəyan etdilər və Suriyadakı bütün separatçı planları rədd edərək, Suriyanın şimal-şərqində təhlükəsizlik və sabitliyin yalnız Suriyanın milli suverenlik və bütövlüyün qorunub saxlanmasına əsaslandığını vurğuladılar.

Astana iclasında iştirak edən ölkələr terrorçulara dəstək verən, o cümlədən separatçı qruplara dəstək verən və Suriya neftini oğurlayan, gəlirləri bu ölkənin xalqına qaytarılmalı olan ölkələrin hərəkətlərini qınadılar. Onlar həmçinin İsrail rejiminin Suriya torpaqlarına dəfələrlə beynəlxalq qanunları və bu ölkənin milli suverenliyi və ərazi bütövlüyünü pozan hücumlarını pislədilər.

Bu bəyanatda Suriyaya qarşı beynəlxalq qanunlara və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd olan birtərəfli iqtisadi tədbirləri rədd edərək, bu tədbirlərin ləğv edilməsini və ayrı-seçkilik və ilkin şərt olmadan bütün suriyalılar üçün humanitar yardımların artırılmasını və bu yardımların siyasiləşdirilməməsini zəruri hesab ediblər.

Astana iclasının sonunda Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Suriya ilə Türkiyə arasında münasibətlərin genişlənməsi üçün tezliklə ciddi addımların atılması ehtimalını vurğulayaraq deyib:

“Türkiyənin Suriya ərazisinə hücumlarının hazırkı Astana görüşü ilə eyni vaxtda olması danışıqların gedişinə təsir edəcək və Ankaranın Suriyanın şimalına hücumları ümumilikdə Yaxın Şərq regionunda vəziyyəti gərginləşdirəcək”.

Moskvanın Ankara və Dəməşqdən əlaqələri artırmaq üçün addımlar atmağa hazır olduqlarına dair mesajlar aldığına işarə edən Lavrentyev bildirib ki, tezliklə Suriya ilə Türkiyə arasında siyasi əlaqələrin və yaxınlığın artacağını görəcəyik.

O, Amerikanın Suriyanın şərqindəki roluna toxunaraq deyib:

“Amerikanın bölgədəki mövqeləri dağıdıcıdır və kürd silahlılarını silah və texnika ilə təmin edir. Amerika qüvvələrinin Suriyadan çıxarılması və İraq sərhədlərinə nəzarət Suriyada təhlükəsizliyin bərpasına kömək edəcək.

Bu barədə Suriya xarici işlər nazirinin müavini Əymən Susan bildirib:

“Amerika və Türkiyə işğalçılarının hərəkətləri müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdir və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulmasıdır. Türkiyə rejimi öz sözlərinə və qərarlarına sadiq olsaydı, Astana danışıqlarında daha çox inkişaf əldə edərdik”.

İranın xarici işlər nazirinin baş müşaviri Əli Əsgər Xaci bu iclasda bildirib:

Türkiyə gərək Suriya ilə sərhədlərini qorumaq vəzifəsini, Suriya ordusuna həvalə etsin. İran Suriyanın ərazi bütövlüyünü dəstəkləyir və regionda vəziyyətin gərginləşməsinə səbəb olacaq istənilən hərbi əməliyyata qarşıdır.

Qeyd edək ki, Suriya məsələlərinin müzakirəsi üzrə beynəlxalq Astana danışıqları 2017-ci ilin əvvəlində Qazaxıstanın paytaxtında başlayıb və indiyədək bu danışıqların 19-cu mərhələsi başa çatıb. Noyabrın 22 və 23-də Qazaxıstanın paytaxtında keçirilən bu danışıqların ən son iclasında BMT, İran, Rusiya, Türkiyə və Suriyanın, eləcə də müşahidəçi ölkələrin Livan, İraq və İordaniya nümayəndələri iştirak ediblər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir