Suriyanın şimal-qərbində iki suriyalı uşaq qətlə yetirilib

Çərşənbə axşamı 22 Fevral 2022 - 23:17
https://az.iswnews.com/?p=1588

“İslam Dünyası xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Heyət Təhrir Əş-Şam nəzarətində olan bölgədəki Ətmə düşərgəsindən qaçırılan iki suriyalı uşaq naməlum şəxslər tərəfindən öldürülüb.

Fevralın 20-də iki suriyalı uşaq Nur İvəd Əl-Həmmudi (üç yaşlı) və Fatimə İmad Əl-Həmmudi (bir yaş yarımlı) Ətmə düşərgəsindən naməlum şəxslər tərəfindən qaçırılıb. Bu iki uşaq öldürüldükdən sonra ailələri naməlum şəxlər tərəfindən məktub alıblar. Məktubda insidentin səbəbi izah edilmədən qalan ailə üzvlərinin həyatını xilas etmələri üçün onlardan Suriyanı tərk etmək tələb olunub!

Bir müddət sonra Heyət Təhrir Əş-Şam qüvvələri bu cinayəti törədən qadını həbs etdiklərini və ona qarşı istintaqın davam etdiyini açıqlayıblar.
Heyət Təhrir Əş-Şam terrorçularının nəzarəti altında olan ərazilər təhlükəsiz deyil və orada müxtəlif növ cinayətlər törədilir. Bu hadisələr göstərir ki, terrorçular nəinki bu ərazilərdə təhlükəsizliyi təmin edə bilmirlər, hətta bu cinayətlərin bəzilərində onların da əli var.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir