Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Gömrüyündə əməliyyat keçirib

Cümə 25 Noyabr 2022 - 23:22
https://az.iswnews.com/?p=15874

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının gömrük idarəsinə daxil olaraq bu qurumun bəzi əməkdaşlarını saxlayıb və dindirib.

Çərşənbə günü, noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları Naxçıvan Muxtar Respublikası Gömrük İdarəsində əməliyyat keçiriblər.
Baku TV-nin bildirdiyinə görə, bu qurum işçiləri sənədləri axtararkən bir sıra əməkdaşları həmin yeri tərk etməyə icazə vermir və onları dindirməyə aparır. Baku TV gömrükdə qaçaqmalçılıq və vəsaitlərin mənimsənilməsi halları ilə bağlı axtarış aparıldığını bildirib.

“İslam Dünyası Xəbərləri”nin hesabatına əsasən, Naxçıvan gömrük və sərnişin terminalları ölkənin digər bölgələrinin gömrüklərindən fərqli olaraq İranla quru nəqliyyatı yaradıb və Korona protokollarının icrası zamanı quru yolla turistləri və vətəndaşların normal tranzitini qaydalara uyğun olaraq həyata keçirib.

Həmçinin ötən həftə hökumətin bu bölgənin muxtariyyətini ləğv etmək niyyətində olduğu xəbəri də yayımlanmışdır. Bu iş üçün Milli Məclisin müsbət rəyi lazımdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir